ABŞ konqresmeninin qərəzli layihəsinə qarşı Kaliforniyada petisiya yaradılıb
Tarix: 06.01.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı təqdim olunmuş qərəzli qanun layihəsinə etiraz edən elektron petisiya yaradıb. Petisiya Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayana, layihənin müzakirə olunacağı xarici əlaqələr, hüquqi məsələlər və maliyyə komitələrinin sədrlərinə ünvanlanıb. Petisiyada qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü vurğulanır və buna görə də tam qərəzli xarakter daşıdığı bildirilir.
Qeyd olunur ki, Ermənistanın korrupsiyaya bulaşmış və insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini aparan erməni diasporunun əsas məqsədi Azərbaycana və onun ABŞ ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır. Erməni lobbisi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır. Azərbaycan ilə ABŞ-ın indiyədək terrorizmə və ekstremizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla əməkdaşlıq etdikləri bildirilən petisiyada ABŞ üçün ən çətin vaxtlarda, xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın Birləşmiş Ştatlara dəstək olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub saxlaya bilib, müsəlmanların, xristianların və yəhudilərin dinc, qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına çevrilib. Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq sözügedən qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, əgər qanun layihəsi qəbul edilərsə bu, nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın özünün milli maraqlarına ziyan vuracaq. Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycanın dostları bu petisiyanı imzalamağa dəvət edilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info