Sabunçuda yeni binaların tikintisinə başlanıb
Tarix: 06.01.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Sabunçu rayonunda pilot layihə çərçivəsində sökülən iki qəzalı binanın yerində yeni binaların tikintisinə başlanıb. Bunu APA-ya açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə bildirib.
Layihə çərçivəsində ilkin olaraq Yeni Ramana qəsəbəsi, D. Bünyadzadə küçəsi-23 ünvanındakı yerləşən, qəzalı vəziyyətdə olan 30 mənzilli və Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi-39 ünvanında yerləşən 16 mənzilli binaların sakinləri köçürülüb, tikinti şirkəti tərəfindən həmin mənzillərin sakinlərinə yeni bina tikilib istifadəyə verilənə qədər kirayədə qalmaları üçün vəsait ayrılıb, bu iki bina sökülüb. A. Hüseynzadə deyib ki, Yeni Ramana qəsəbəsi, D. Bünyadzadə küçəsi-23 ünvanında artıq 10 mərtəbəli, 2 bloklu yeni binanın tikintisi ilə əlaqədar bünövrənin tökülməsi prosesi başa çatmaq üzrədir, hazırda dəmir-beton işləri aparılır. Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi-39 ünvanında isə 10 mərtəbəli bir bloklu binanın bünövrəsi ilə əlaqədar torpaq-qazıntı işləri başa çatıb, hazırda binanın bünövrəsinin qoyulması üçün hazırlıq işləri aparılır. Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti pilot layihə formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir. Sakinlər sökülən qəzalı binaların yerində tikilən yeni binalarda mənzillərlə təmin ediləcəklər. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info