Son illər Zaqatalada 32 yeni məktəb binası tikilib
Tarix: 06.01.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Son illər Zaqatala rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təkcə 2010-2015-ci illər ərzində rayonda dövlət vəsaiti hesabına 32 yeni məktəb binası tikilib istifadəyə verilib, 7 məktəb əsaslı təmir olunub.
Bu məktəb binalarından 23-ü bölgədə baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən məktəblər üçün inşa edilib. Zəlzələdən zərər çəkmiş daha 6 məktəb binasında isə bərpa-gücləndirilmə işləri aparılıb. Müasir standartlara uyğun inşa edilən məktəb binalarında tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb, məktəblər yeni inventar və avadanlıqla təchiz olunub. Yola saldığımız 2015-ci il də rayonda yeni məktəb binalarının tikintisi ilə yaddaqalan olub. Belə ki, il ərzində rayonun Yuxarı Tala və Yengiyan kəndlərində tam orta məktəblər üçün 450 və 264 şagird yerlik yeni binalar, həmçinin Kebeloba kəndində ümumi orta məktəb üçün 5 sinif otağından ibarət əlavə tədris korpusu tikilib şagirdlərin istifadəsinə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, hazırda rayonda fəaliyyət göstərən 67 ümumtəhsil məktəbindən 62-də tədris bir növbəlidir. Bu məktəblərdə oxuyan 16 mindən çox şagirdin böyük əksəriyyəti yeni tikilən məktəblərdə təhsil alır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info