“Yol polisinin məqsədi cərimə yazmaq deyil”
Tarix: 06.01.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, dərman qutusu avtomobildə olmasa, sürücü məsuliyyətə cəlb olunur: “Əgər həmin qutu avtomobildə olmasa, cərimə yazıla bilər. Digər vasitələrlə bağlı isə protokol tərtib edilməsi nəzərdə tutulmayıb. Lakin vətəndaşlar cərimə yazılmasından çox həmin vasitələrin avtomobildə olmasının vacibliyini başa düşməlidir. Sürücülər müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Bütün bunlar “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Necə ki, hava şəraitindən asılı olmayaraq sürücü avtomobilin işıqlarını və nömrə nişanlarını təmizləməlidir, elə də bütün bunlar avtomobillərdə olmalıdır. Yanğınsöndürən balonla bağlı bəziləri deyir sprey olmalıdır, bəziləri deyir toz formasında olmalıdır. Yanğını nə söndürə bilər, bunu da mütəxəssislər bilir. Hansı vasitə ilə yanğını söndürmək mümkündür ondan olmalıdır”. V. Əsədov qeyd edib ki, yol polisinin məqsədi cərimə yazmaq deyil. “Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş qutu alır qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır. Bundan əlavə, sürücülər həmin vasitələrdən istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım deyil . Bu qaydaları hər kəs bilməlidir və buna əməl etməlidir. Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə başlayacaq. Onsuzda hər bir yol polisi xidmət göstərdiyi ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən istifadə olunmasına üstünlük verilməsini təbliğ etmək istəyirik”, - deyə o vurğulayıb. V. Əsədov bildirib ki, əgər həmin dərman qutusu avtomobildə olmasa, cərimə yazıla bilər: “Cərimənin məbləği 5 manatdır. Ötən il ərzində təbliğat xarakterli reydlər keçirmişik və 30-a yaxın protokol yazmışıq. Biz demirik ki, sürücü həkim olsun. Lakin bu qaydalara əməl edilməlidir. Düzgün göstərilən ilk tibbi yardım xəstənin tez sağalmasına xidmət edir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info