Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bugün keçirdiyi brifinqdə bəyan edib. O bildirib ki, sənəddə faciə qurbanlarının xatirəsi yad edilib və Azərbaycan xalqına başsağlığı verilib. XİN sözçüsünün qeyd edib ki, komitə dinc əhaliyə qarşı aparılan etnik təmizləməni də pisləyir.
E.Abdullayev bildirib ki, sənəddə faciə faktı bir sıra ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilir. Onun sözlərinə görə, sənəddə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü də dəstəklənir.
E.Abdullayev diqqətə çatdırıb ki, bu qətnamə Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrin parlamentləri tərəfindən bu il qəbul edilən sayca altıncı qətnamədir.
ASIF
|