“İstəmişəm ki, xalqımızın adı həmişə uca olsun”
Tarix: 06.01.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Nicat Mirzəyev: “Bir rəqsə aid milli geyimi başqa 5-6 Azərbaycan rəqsində istifadə edirik”
Bu gün Azərbaycan mədəniyyətinin dünyada tanınmasında diasporumuz əzmlə çalışır. Bu baxımdan Ukraynada da diasporumuz çoxşaxəli fəaliyyət göstərir. Xüsusən Ukraynadakı gənclərimiz milli rəqslərimizi, folklorumuzu yerli xalqa tanıdırlar. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Bütün bu işlərə Ukraynadakı aktiv gəncimiz Nicat Mirzəyev rəhbərlik edir. Qeyd edək ki, N.Mirzəyev eyni zamanda “Mir molodyoji” ictimai təşkilatının prezidentidir.
-Azərbaycan mədəniyyətini Ukraynada necə təbliğ edirsiniz?
-10 ildən artıqdır ki, həyatımı ictimai işlərə həsr etmişəm. Öz komandamla bərabər Azərbaycanımızın mədəniyyəti, tarixi ilə bağlı tədbirlər keçirmişik. Gördüyümüz hər bir iş göz qabağındadır. Bu işləri də çalışmamışam gözə çarpım, vətənimizə olan sevgidən etmişəm. İstəmişəm ki, xalqımızın adı həmişə uca olsun. Etdiyim hər bir iş təmənnasız olub. Dəfələrlə azərbaycanlı uşaqlara bağçada milli geyimlər lazım olub, bizə müraciət ediblər, dəstək göstərmişik. Orta məktəbdən tədbirlər üçün milli geyimlər istəyiblər, yenə heç vaxt “yox” deməmişik. Kiyevin bir çox universitetlərinin tələbələri Azərbaycan mədəniyyətini təmsil etmək üçün milli geyim xahiş ediblər, hər zaman kömək etmişik və rəqs ansamblımızı da aparmışam ki, daha da möhtəşəm, gözəl şəkildə ukraynalılara və başqa xalqlara öz milli folklorumuzu sevdirək. Keçirdiyimiz festivallar, tədbirlər haqqında çox danışmaq olar. Kiyevdə hər kəs gözəl bilir biz necə aktiv fəaliyyət göstəririk.
-Dövlət tədbirlərinə dəvətlər alırsızmı?
-Dəfələrlə həm Kiyevdə, həm başqa regionlarda keçirilən diaspor və digər tədbirlərdə rəqs ansamblımız çıxış edib. Biz bütün bu tədbirlərdə təmənnasız olaraq çıxış edirik.
-Milli rəqs geyimlərimizi necə əldə edirsiz?
-Bir rəqsə aid milli geyimi başqa 5-6 Azərbaycan rəqsində istifadə edirik. Halbuki hər rəqsin özünəməxsus geyimi var. Milli geyim çatışmazlığımız var. Ukraynada mədəniyyətlə bağlı fəaliyyət göstərən təşkilatlara, rəqs qruplarına hər bir dövlətin öz səfirliyi, diasporu və yaxud iş adamları dəstək olur. Məsələn, Gürcüstan öz mədəniyyət mərkəzləri üçün hər il 100-ə yaxın milli geyim hədiyyə edir və rəqs etdikləri yerin kirayə haqqını ödəyir. Bununla yanaşı, müəllimlərin maaşını ödəyir. Amma bizim milli rəqs məktəblərinə bu vacib olan diqqət olmayıb.
-Siz bu məsələ ilə bağlı kiməsə müraciət etmisizmi?
-Sadəcə, indiyə kimi heç kimə müraciət etməmişik. Bu vaxtacan öz gücümüz çatıb, idarə etmişik məktəbimizi, amma indi artıq gücümüz çatmır. Ona görə də buradan Ukraynada yaşayan hər bir diasporumuzun nümayəndələrinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirəm. Sizdən çox xahiş edirik, əgər istəyirsinizsə, biz bu cür gözəl şəkildə Ukraynada öz mədəniyyətimizin varlığını başqa millətlərə çatdıraq və onlara öz dövlətimizi, millətimizi daha da çox sevdirək, bizə dəstək olun. Bizə kömək edin ki, öz vətənimizdən kənarda böyüyən gözəl körpə balalarımız milli kökləri üstə böyüsünlər, milli folkloru öyrənsinlər. Gəlin, 2016-cı ili dövlətimizin ən gözəl illərindən biri edək, mədəniyyətimizi dünyanın hər bir tərəfində yayaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info