Tələbələrə güzəştlər ediləcək
Tarix: 19.02.2013 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


İyun ayına qədər tələbələrin hamısı “Azərbaycan Tələbə Kartı” ilə təmin olunacaq


Bu ilin may-iyun ayına kimi Azərbaycan tələbələrinin hamısı “Azərbaycan Tələbə Kartı” ilə təmin olunacaq.
Bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O sözlərinə görə, bu günə kimi artıq tələbələrin yarısı bu kartlarla təmin olunub. Nazir müavi “Azərbaycan Tələbə Kartı”nın tələbələrə yönəldilmiş sosial bir layihə olduğunu da diqqətə çatdırıb: “Bu layihə çərçivəsində Azərbaycanda təhsil alan ali və orta ixtisas təhsili müəssisələrin tələblərinin, yəni 200 minə yaxın tələbənin hamısı “Azərbaycan tələbə kartı”nı əldə edəcək. Bu kartlar yalnız ölkədaxili deyil, 30 Avropa ölkəsində də işləkdir. Bu gün Azərbaycan tələbəsi bu kartla nəinki ölkədə, həmçinin Avropa ölkələrində müxtəlif güzəştlərdən istifadə edə bilər”.
İ.Babayev qeyd edib ki, bu gün Bakıda və regionlarda 100-lərlə müəssisə kartı olan tələbələrə güzəştli xidmətlər göstərir.
“Amma biz çalışırıq ki, güzəştlə əhatə olunan müəssisələrin sayı genişləndirilsin və yeni xidmətlər əlavə olunsun. Hazırda bu kartları alan tələbələrin nəqliyyatdan güzəştli istifadə etməsi üzərində iş gedir. Yaxın zamanlarda Azərbaycan tələbə kartını alan tələbələr dövlət nəqliyyatından güzəştli istifadə edə biləcək”-deyə nazir müavini bildirib.

NƏRIMAN




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info