“Azanfilm” vakansiyalar elan edir
Tarix: 06.01.2016 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“Azanfilm” cizgi filmlər studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edir.
Studiyadan bildirilib ki, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını fevralın 10-dək azanfilm.studio@gmail.com elektron ünvanına göndərə bilərlər.
Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcəklər.
Sözügedən animasiya layihəsinin reallaşması ilə bağlı keçirilmiş müşavirədə “Azanfilm” studiyasının direktoru vəzifəsini icra edən Müşfiq Hətəmovun verdiyi məlumata görə, son zamanlar aparılmış araşdırmalara əsasən, animasiya ilə ciddi şəkildə məşğul olmaq istəyən və müəyyən nəticə əldə edən xeyli sayda gənclərimiz var. Hazırki aksiyanın məqsədi bu sahədə yaranmış pərakəndəliyi aradan qaldırmaq, istedadlı insanlara dövlətin dəstəyini təklif edib animasiya sənətinin inkişafına təkan verməkdir. Söhbət təkcə maddi problemlərin deyil, eyni zamanda yaradıcı dəstək, texniki və təşkilati məsələlərin həllindən gedir.
Qeyd edək ki, layihənin gerçəkləşdirilməsinə ölkəmizin aparıcı animasiya mütəxəssisləri cəlb olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info