“Türkiyədəki soydaşlarımıza əlimizdən gələn köməyi edirik”
Tarix: 07.01.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Hikmət Elp: “Türkiyədə Azərbaycanla bağlı bir boşluq varsa, o boşluqları doldurmağa çalışırıq”
İstanbul Azərbaycan Kültür Evinin rəhbəri Hikmət Elplə müsahibəni təqdim edirik..

-Hazırda təşkilatınız hansı işlərlə məşğuldur?
- İstanbul Azərbaycan Kültür Evi, adından da anlaşıldığı kimi, Azərbaycan tarixini, mədəniyyətini başda Türkiyə insanı olmaqla gücümüzün çatdığı yerlərə kimi tanıtmaq və İstanbulda yaşamaqda olan və mədəniyyətimizə bağlı olan hər kəsi bu təşkilatın fəaliyyətləri altında toplamaqdır. Bu barədə yüksək səviyyədə gördüyümüz xeyli işlər də var. Onlardan bəziləri haqqında məlumat verim. Hər il Novruz bayramını həmyerlilərimizlə bir yerdə qeyd etməyi və Novruz bayramının ən qədimdən qalan türk bayramı olduğunu Türkiyə insanına tanıtmağı özümüzə borc bilmişik. Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Mədəniyyət Günləri adı altında konsertlər təşkil edirik. 28 May-Azərbaycanın Müstəqillik Günündə konsertlər keçiririk. Hətta bu konsertlərdə diqqət yetirdiyimiz bir şey də var ki, birlik və həmrəylik ruhunu oyandırmağı arzu edirik. Bir çox şeylərdə ilklərə imza atan Kültür Evimiz, yenə universitetdə oxuyan gənclərə Azərbaycanla bağlı bilik yarışmasını da biz düzənlədik. Keçən il yenə bir ilk olaraq Kültür Evimiz adına, "Azərbaycan kültür yayınları” adı ilə nəşriyyat evi qurduq. Burada Azərbaycan barədə tanıtım məqsədli və Azərbaycan missiyasına aid olan kitabları çapa verməyə başladıq. Məqsədimiz başda Qarabağ olmaqla, İrəvanın tarixi, Təbrizin Azərbaycan tarixində yeri haqqında kitablar çapa verməkdir. Bununla yanaşı, Qarabağ məsələsi və Xocalı faciəsi olmaqla bir çox mövzularda konfranslar təşkil etdik.
-Azərbaycanlı gənclərə nə kimi dəstək göstərirsiz?
-Biz geniş imkanlara sahib bir təşkilat deyilik, ancaq Türkiyədə və dolayısı ilə İstanbulda yaşayan insanlarımıza əlimizdən gələn köməyi etdiyimiz kimi gənclərimizə də edə bildiyimiz hər nə varsa edirik. Gənclərimizi milli maraqlarımız, mədəniyyətimiz barədə məlumatlandırırıq. Tədbirlərimizə onları da dəvət edirik. Elə bunlardan biri də Azərbaycanla bağlı sualları olan bilik yarışmaları edirik. Bu yarışmaları mükafatlı edərək, onların marağını cəlb etməyi təmin edirik. Məsələn, keçən dəfə birinci olana bir “notebook”, ikinci olana “tablet”, üçüncü olana da mobil telefon hədiyyə etdik. Bu mükafatları da burada yaşayan soydaşlarımzın dəstəkləri ilə verdik . Xaricdə oxuyan gənclərimizin əksəriyyətinin maddi vəziyyəti aşağı olur. Onların İstanbul kimi yerdə yaşayışı ilə bağlı imkanları çatmayanda məcburən işləmək istəyirlər. Biz də ətrafımızda olan dostlardan bu barədə kömək istəyirik ki, onları işlə təmin etsinlər. Belə olanda tələbələrimizin həm yaşayışları təmin olunur, həm də dərslərindən qalmırlar. Bəzi universitetlərdə problemi olan gənclərimizlə də əlaqə yaradaraq, onların problemlərini həll etməyə çalışırıq.
-Azərbaycandan Türkiyəyə gələn tələbələrin neqativ yollara getməməsi üçün nə edilməlidir? Türkiyədəki diasporumuz bu baxımdan hansı işlər görə bilər?
-Gənclərimizə Azərbaycanı sevməyi öyrətmək gərəkdir! Məlumatlı və savadlı olmalarını təmin etmək gərək ki, yanlış işlərə baş qoşmasınlar. Bu da var ki, onların bura gəlməyi ilə bağlı dövlət qayğı göstərməlidir və xaricdə işləyən Azərbaycan rəsmiləri gənclərimizi sevməlidir. Onlar rəsmilərlə görüş olanda ata-ana qəbuluna gedən kimi getməlidir. Yoxsa bəzi gənclərimiz ayrı-ayrı yollara düşməli olur. Bu da Azərbaycanın gələcəyi olan insanlarımızın itirilməyi anlamına gəlir.
-Hansı perspektiv planlarınız var?
-İstanbul Azərbaycan Kültür Evi olaraq, Türkiyədə Azərbaycanla bağlı bir boşluq varsa, biz əlimizdən gəldiyi qədər o boşluqları doldurmağa çalışırıq. Bugünlərdə Azərbaycan incəsənəti ilə bağlı bəzi layihələrimiz var və onları həyata keçirməyi düşünürük. Bununla həm incəsənətimizi tanıtmaq, həm də onun üzərindən missiyamızı yeritmək arzusundayıq. Yaxın günlərdə Aygün Həsənoğlunun qələmə aldığı və Kəmalə Nəbibəyovanın səhnəyə qoyduğu "Adsız qadın" tamaşası səhnəyə qoyulacaq. Ayrıca, “Azərbaycan kültür yayınları” olaraq Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyatı haqqında kitabların Türkiyədə nəşr olunmasına da başladıq. Hazırda Əli bəy Hüseynzadənin çalışması əlimizdədir. Gələn ay bu kitabı nəşr edəcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info