Noyer yenə ən güclüdür
Tarix: 07.01.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


2015-ci ilin ən yaxşı yığma məşqçisinin adına aydınlıq gəlib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi səsvermənin yekununda Çili yığmasının çalışdırıcısı Jorje Sampaoli birinci yeri tutub. 56 yaşlı mütəxəssis bu yarışda, demək olar ki, rəqibsiz olub. Çünki Almaniya millisinin baş məşqçisi Yoahim Löv ondan 79 səs az toplayıb.
İngiltərə yığmasının çalışdırıcısı Roy Hocson isə 3-cü pillədə yer alıb. AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanan İspaniya, Avstriya, Şimali İrlandiya, Albaniya, İslandiya və Uels kimi komandaların baş məşqçiləri də ən yaxşılar arasında qərarlaşıblar. İlk “onluq”da olanlardan 8-i Avropa komandasının “sükanı arxası”ndadı. Jorje Sampaoli ilə yanaşı, Cənubi Amerika qitəsində fəaliyyət göstərən digər mütəxəssis isə Argentina millisinin çalışdırıcısı Xerardo Martinodu. İFFHS 2015-ci ilin ən yaxşı qapıçısını da müəyyənləşdirib. Ən güclü qapıçı Manuel Noyer seçilib. İFFHS-nin keçirdiyi səsvermə zamanı almaniyalı qolkiper rəqibsiz olub. Belə ki, o, ən yaxın izləyicisi olan Canluici Buffondan 110 xal çox xal toplayıb. İlk “üçlüy”ü isə Klaudio Bravo qapayıb. İlk “onluq”da ən çox qolkiperlə Almaniya və İspaniya təmsil olunub. Hər iki ölkənin iki qolkiperi ən yaxşılar arasında özünə yer edə bilib. “Barselona” yeganə klubdu ki, hər iki əlcək sahibi “onluğ”a düşüb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info