“Mən Azərbaycanın gözəlliyini və onun sürətlə inkişaf etdiyini gördüm”
Tarix: 07.01.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) - Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyasının təşkilatçılığı ilə Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisi keçirilib.
Dünyanın 19 ölkəsindən 112 rəssam “İdman, gözəllik və həyat” mövzusunda, habelə Azərbaycanda tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına həsr olunmuş əsərlər yaradıb. Latviyalı rəssam İyeva Tsaruka Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatı dəstəyi ilə sərgidə iştirak edib. Rəssam təəssüratlarını bölüşərək deyib: “Heydər Əliyev Sarayındakı “Gabala Art” qalereyasında sanballı ekspozisiya təşkil edilmişdi”. İlkin müsabiqədən sonra artıq dördüncü dəfə keçirilən Qəbələ festivalına dəvət aldığını bildirən rəssam deyib: “Mən ölkəmizi və Latviya Rəssamlar İttifaqını təmsil edirdim. Sərginin keçirildiyi binanın başı üzərində dalğalanan bayraqlar arasında Latviya bayrağını görmək çox xoş idi”. Bakıda və bilavasitə Qəbələdə geniş mədəni proqramda iştirak etmək imkanına görə Azərbaycan səfirliyinə təşəkkür edən İyeva Tsaruka deyib: “Mən bu qədim ölkənin gözəlliyini və onun sürətlə inkişaf etdiyini gördüm. Bu diyarın qonaqpərvərliyi günəş kimi hərarət bəxş edirdi”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info