Belarus XİN: “Beynəlxalq problemlərin həllinin davamlı mexanizmləri yaradılmayıb”
Tarix: 07.01.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Dünyada ağrılı bir proses - çoxqütblü dünya formalaşması prosesi davam edir. Bu səbəbdən beynəlxalq münasibətlərdə yüksək turbulentlik müşahidə olunur”.
BELTA agentliyi xəbər verir ki, bu fikirlər 2015-ci ildə Belarusun xarici siyasətinin və Belarus XİN-in fəaliyyətinin yekunları barədə Belarus xarici siyasət idarəsinin saytında dərc edilmiş icmalda əksini tapıb. Belarus XİN-in sənədində deyilir: “Dövlətlərarası münasibətlərdə etimadın xeyli azalması, kompromisə hazır olmamaq və birtərəfli üstünlük qazanmaq məntiqi hələlik aktual beynəlxalq problemlərin həlli üçün davamlı mexanizmlər yaratmağa imkan verməyib”. İcmalda qeyd edilir ki, dünyanın aparıcı aktorları qarşılıqlı faydalı əməkdaşlığın, müasir dövrün get-gedə kəskinləşməkdə olan təhdid və təhlükələrinə qarşı mübarizədə birgə səylərin ziyanına olaraq öz təsir dairələrini qoruyub saxlamağa və genişləndirməyə çalışırlar. Bu fonda Belarus diplomatiyası dövlət başçısının göstərişlərini rəhbər tutaraq əsas səylərini milli maraqların hərtərəfli və səmərəli qorunmasına, regional təhlükəsizliyin möhkəmlənməsinə real töhfə verilməsinin təmin edilməsinə, müxtəlif dövlətlərlə və dövlətlərarası birliklərlə Belarusun qarşılıqlı faydalı əlaqələrinin inkişaf etdirilməsinə əngəl törədən sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasına yönəldib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info