“Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayət sayılır”
Tarix: 07.01.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər”.
Bunu xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyəti ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər. Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesinlə bağlı cinayət işi başlanıb. Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır. Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidir. Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxsin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək”, - deyə H. Hacıyev əlavə edib. Qeyd edək ki, Ermənistan KİV-də qondarma rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində xarici şirkətlərin iştirakı ilə 160-dan artıq müəssisənin qeydiyyatda olduğu barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info