Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün 21 fərdi ev tikilir
Tarix: 07.01.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatala rayonunda bu kateqoriyadan olan şəxslər üçün 21 fərdi ev tikilir.
Bu barədə Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nəsrulla Həsrətov məlumat verib. Mərkəzin direktorunun bildirdiyinə görə, bu evlərin tikintisi Prezidentin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir. Fərdi evlərdən 9-u Zaqatala şəhərində, 12-si isə rayonun kəndlərində inşa edilir. Bu evlərin 14-nün tikintisi artıq tamamlanmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək. Qalan 7 evdə isə inşaat işləri davam etdirilir. Ümumiyyətlə, 2018-ci ilədək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info