Əlilliyi olan şəxslərə 34 mindən çox reabilitasiya vasitəsi verilib
Tarix: 07.01.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49 faiz çox olub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxslər 34075 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
Onlardan 1273 ədədini əlil arabaları, 1194 ədədini aşağı ətraf protezi, 189 ədədini yuxarı ətraf protezi, 1143 ədədini aşağı ətraf ortezi, 90 ədədini yuxarı ətraf ortezi təşkil edib. Əlilliyi olan şəxslər həmçinin 1710 ədəd dirsəkaltı və 2049 ədəd qoltuqaltı ağacla, 3738 ədəd əsa və müxtəlif növlərdə 11187 reabilitasiya vasitəsi, 3923 cüt ortopedik ayaqqabı və 3831 cüt protez ayaqqabı, 539 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. 804 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49 faiz, o cümlədən əlil arabalarının sayı 2,2 dəfə çox olub.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq Əmrə əsasən Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada tərəfindən ötən il 63 rayon və şəhər üzrə 1784 nəfər müvafiq şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info