Alman qəzeti həmyerlimizin fəaliyyətindən bəhs edib
Tarix: 07.01.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Almaniyanın “Eschweiler Nachrichten” qəzetində dərc olunan “Liberal qadınlar səslərinin eşidilməsini istəyirlər” başlıqlı məqalədə bu ölkənin “Şimali Reyn-Vestfaliya Federal Torpağının Liberal Qadınlar Birliyi”nin illik yığıncağından bəhs edilib.
Məqalədə Birliyin il ərzində gördüyü işlər və təşkilatın məşğul olduğu məsələlərin müzakirəsi barədə məlumat verilir. “Liberal Qadınlar”ın cəmiyyətdə kişi-qadın bərabərliyinin təmin edilməsi məsələsi ilə ciddi məşğul olduğu, qaçqınlar, maaş bərabərliyi, ailə və peşə, terrorizmə qarşı mübarizə məsələlərinə töhfə vermək istədiyi bildirilir.
Yazıda, həmçinin qeyd olunur ki, tədbirdə iştirak edən həmyerlimiz Samirə Patser-İsmayılova “Qadınların İslam və Qərb dünyasının münasibətləri kontekstində transformasiyası” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, qloballaşan və dəyişən dünya bizim gündəlik həyatımıza təsir göstərir. İslam dünyasında qadın mövzusu da bu mənada müzakirə edilən məsələlərdəndir. Samirə Patser-İsmayılova Azərbaycanda qadınların dünyəviliyinin təşviq olunduğunu söyləyib. Azərbaycanda qadınların hüquq bərabərliyi istiqamətində aparılan siyasətdən danışan Samirə Patser-İsmayılova ölkəmizdə qadınların seçki hüququnun hələ ABŞ və Niderlanddan əvvəl tətbiq olunduğunu vurğulayıb. Qərbdəki müsəlman qaçqınlar mövzusuna toxunan S.İsmayılova qaçqın qadınların azadlıqlarının müdafiə olunmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Almaniyada yaşayan həmyerlimiz Samirə Patser-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin rəhbəridir və uzun illər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info