Rusiyada Naxçıvan xanlığına məxsus yeni bayraq aşkarlanıb
Tarix: 07.01.2016 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvin Gözəlov tərəfindən “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Naxçıvan xanlığına məxsus indiyədək məlum olmayan yeni bayraq aşkarlanıb.
AMEA-dan verilən xəbərə görə, aşkarlanan Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ. Paskeviç onu Sankt-Peterburqa göndərib: “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır”.
Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır: “Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info