Şirvanda Gənclik Mərkəzi binasının tikintisi başa çatıb
Tarix: 07.01.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şirvanda Gənclik Mərkəzi üçün inşa olunan binanın tikintisi başa çatıb.
Şəhərin Naxçıvan küçəsində yerləşən bina ikimərtəbəlidir. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün imkanlar yaradılıb. Mərkəzdə sərgi salonu, kitabxana, kafe-bar, emalatxana, internet, xidmət və məsləhət otaqları var. Həmçinin mədəni kütləvi tədbirlərin keçirilməsi üçün 108 yerlik konfrans, kino və tamaşa, 35-40 yerlik “dəyirmi masa” zalları fəaliyyət göstərəcək.
Binada isitmə, soyutma, havalandırma sistemi qurulub, ayrıca su, qaz və elektrik xətləri çəkilib. Gənclik Mərkəzi bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Həyətdə abadlıq və yaşıllaşma işləri həyata keçirilib. Bir sözlə, burada hər şey gənclərin zövqünə uyğun tərzdə qurulub.
Milli memarlıq ənənələri üslubunda tikilən bina yaxın günlərdə istifadəyə veriləcək
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info