Laricaniyə ayaqqabı atanlar həbs olundular
Tarix: 19.02.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


İranın Qum şəhərində 10 nəfər iranlı həbs olunub. Səbəb isə parlamentin spikeri Əli Laricaniyə atılmış ayaqqabı hadisəsinin araşdırılması nəticəsində onların günahkar bilinmələridir.
“Fars” informasiya agentliyinin məlumatına görə, bu barədə məhkəmə nümayəndəsi Qulam Hüseyn Möhsüni Ejei bildirib.
Qeyd edək ki, fevralın 13-də İslam inqilabının qələbəsi münasibətilə təşkil olunmuş tədbirdə prezident Mahmud Əhmədinejadı dəstəklədikləri deyilən bir qrup insan parlamentin spikeri Ə.Laricaninin çıxışı zamanı ona ayaqqabı atmışdı.
Parlamentin spikeri nitqini yarımçıq qoymaq və tədbiri tərk etmək məcburiyyətində qalmışdı. Bu zaman isə təxminən 100-ə qədər insan Laricaninin əleyhinə, Əhmədinejadın isə lehinə şüarlar səsləndirib.
Xatırladaq ki, fevralın əvvəlində parlamentdə çıxış edən Mahmud Əhmədinejad Əli Laricaninin ailəsini korrupsiyada ittiham etmişdi. O, impiçment elan edilmiş nazirlərdən birini qorumaq məqsədilə parlamentə müraciət etmişdi. Əhmədinejad qanunvericilər qarşısında Laricaninin qardaşının iştirakı ilə olan danışıqlarının lent yazılarını canlandırmışdı. Həmin yazılarda Laricaninin ailəsi korrupsiyada ittiham edilirdi.
İran prezidentinin iddiasına görə, lent yazısı spikerin qardaşları Mortazabi və Fazel Laricani arasındakı danışıqların yazısıdır. Əhmədinejadın sözlərinə görə, lent yazısı spikerin ailəsinin iqtisadi çıxarları üçün Laricaninin 5 qardaşının təsirlərindən istifadə etdiyini sübut edir.
Qeyd edək ki, Əli Laricani iyunda keçiriləcək prezident seçkilərində prezident postuna iddialı namizəddir. Ancaq korrupsiya qalmaqalı onun seçicilərin gözündəki reputasiyasına kölgə sala bilər. Çünki ölkə Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən maliyyə çətinlikləri ilə mübarizə aparır.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Suriyada kəndin atəşə tutulması nəticəsində 12 nəfər ölüb
17.06.2019
Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub
16.06.2019
Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar
16.06.2019
ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir
16.06.2019
Fransada “sarı jiletlilər” nümayişlərinin 31-ci həftəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info