“Britaniya avrozonaya daxil olmadan Avropanın bir hissəsi kimi qala bilər”
Tarix: 08.01.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Böyük Britaniya avrozona və Şengen zonasına daxil olmadan Avropanın bir hissəsi olaraq qala bilər”.
Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron Bavariyada Xristian-Sosial İttifaqının rəhbərliyi ilə keçirdiyi görüş zamanı deyib. “Biz avrozona daxilində olan və olmayan ölkələr üçün ədalətli qaydalar yaratmalıyıq. Britaniya avrozonaya daxil olmayacaq, eyni zamanda biz bilməliyik ki, avrozonadan kənarda qalmaq bizim üçün problem yaratmayacaq. Avropa İttifaqı yalnız siyasi blok kimi inkişaf etmək əvəzinə, baş verən dəyişikliklərə qarşı elastiklik nümayiş etdirməlidir”, - deyə o söyləyib. Baş nazir bildirib ki, miqrasiya problemi Avropada ciddi problem olaraq qalmaqdadır: “Böyük Britaniya vətəndaşların Aİ daxilində sərbəst hərəkətini dəstəkləyir. Bir çox britaniyalı digər Aİ ölkələrində çalışır, lakin biz əmin olmalıyıq ki, bizim sosial xidmət sahələrimiz də çox yüklənməyəcək”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info