“Rusiyada su üçün ödəniş qiymətləri artıb”
Tarix: 08.01.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Rusiyada mənzillərə verilən suyun qiyməti qalxıb. Bu vaxta qədər fərdi mənzillərində su üçün sayğaclar quraşdırmayan sakinlər bunu məcburən etməlidir. Məsələ bundadır ki, bu ilin yanvarından başlayaraq Rusiyada su üçün ödənişlər üç dəfə artırılıb. Belə ki, bu da son göstərici deyil. Rusiya mənzil və kommunal xidmətləri nazirinin müavini Andrey Çibisin sözlərinə istinad edən “Rossiyskaya qazeta” bu ilin iyulundan başlayaraq suyun qiymətinin daha beş dəfə artırılacağını xəbər verir.
Qeyd edək ki, aparılan araşdırmalara görə, Rusiya əhalisinin 30 faizinin fərdi mənzillərində hələ də su sayğacları quraşdırılmayıb. Dövlət rəsmisinin sözlərinə görə, göstərilən əmsallar su sayğaclarını quraşdırmaq imkanı olmayanlara da şamil ediləcək. Bu isə gələcəkdə su üçün ödənişlərin yüksəlməsinə imkan verəcək. Rusiyalılar fərdi mənzillərində su sayğaclarının quraşdırılmasına iki səbəbdən maraq göstərmirdilər. Birincisi, bu o qədər də sərfəli deyildi. Məsələn, hər hansı bir mənzildə qeydiyyatda olanlardan başqa da xeyli insan yaşayır və belə olan halda mənzildə qeydiyyatda olmayanlar üçün də ödənişləri qonşular ödəməli olurdular. İkinci səbəb isə məşğulluqla əlaqədardır. Yəni sakinlər bunu daha çox vaxt məhdudiyyəti ilə əlaqələndirirdilər. 2016-cı ildən etibarən su kranlarına “əl gəzdirənlər” 10 dəfə artıq ödəniş etmək məcburiyyətində qalacaq. Dövlət Duması isə fərdi sayğacların mənzillərdə deyil, pilləkənlərdə yerləşən xüsusi kameralarda quraşdırılmasını təklif edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info