Siyasi fikir müxtəliflikləri Rusiya və Türkiyənin enerji layihələrinə təsir etməyəcək
Tarix: 08.01.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Qazprom”un idarə heyətinin sədri Aleksey Miller siyasi fikir müxtəlifliklərinin Rusiya və Türkiyənin enerji layihələrinə təsir etməyəcəyini deyib.
“RİA Novosti” saytı xəbər verir ki, A.Miller “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin hökumətlərarası və dövlətlərarası səviyyədə müzakirə obyekti olacağını bildirib: “Siyasi fikir müxtəliflikləri Rusiya və Türkiyənin enerji sahəsindəki layihələrinə təsir etməyəcək. Hazırda türk partnyorlarımızla qüvvədə olan müqavilələr üzərində çalışırıq. Bu il Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək, “Türk axını” hökumətlərarası və dövlətlərarası səviyyədə müzakirə obyekti olacaq”. “Qazprom”un idarə heyətinin sədri layihənin çox qısa bir zamanda reallaşa biləcəyini bildirib. Qeyd edib ki, 940 kilometrlik “Türk axını”nın 660 kilometrlik hissəsini köhnə “Cənub axını” layihəsi təşkil edir və bu layihənin bütün ilkin hazırlığı tamamlanıb: “Lakin hər şey hökumətlərarası müqavilənin imzalanmasından asılıdır. Layihənin icrasına müqavilənin bütün hüquqi öhdəlikləri yerinə yetirildikdən sonra başlanılacaq. Hazırda layihə üzrə iki boru xəttinin tikilməsi və boru kəmərinin tutumunun 32 milyard kubmetr olması nəzərdə tutulur. Boru xəttinin biri yalnız Türkiyə bazarının istehlakçıları üçün istifadə ediləcək”. Xatırladaq ki, Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Qazprom”un idarə heyətinin sədri A.Miller “Türk axını” layihəsilə bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Qazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info