Azərbaycan Dünya Çempionatı üçün namizədliyini irəli sürüb
Tarix: 08.01.2016 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Azərbaycan cüdo üzrə Dünya Çempionatını keçirməyə namizədliyini irəli sürüb.
Bunu “Tvitter” sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb. 2018 və 2019-cu ildə təşkil olunacaq Dünya Çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdır “Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin Hyustonun da onlara qoşulması istisna deyil”. Dünya Çempionatının paytaxtımızda keçirilib-keçirilməyəcəyinə isə tezliklə aydınlıq gələ bilər. Məhz bu məsələni və ölkəmizdə cüdonun gələcəyini müzakirə etmək üçün Vizerin Bakıya rəsmi səfəri başlayacaq. Beynəlxalq qurumun rəhbəri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Onların cüdonun inkişafı üçün fikir mübadiləsi aparacağı da planlaşdırılır. Qeyd edək ki, Dünya Çempionatını keçirmək hüququ Bakıya verilərsə, bu, Azərbaycan tarixində ilk olacaq. Çünki paytaxtımız indiyədək boks, güləş, gimnastika və bir neçə növ üzrə mundiala ev sahibliyi etsə də, cüdoda belə hal yaşanmayıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info