Droqba karyerasını bitirmək qərarına gəlib
Tarix: 08.01.2016 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


ABŞ klubu “Monreal İmpakt”ın hücumçusu Didye Droqba karyerasını bitirmək qərarına gəlib. Ulduz futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək fikrindədir.
“Çelsi”də köməkçi məşqçi kimi çalışmaq təklifi Fil Dişi Sahili millisinin sabiq üzvü üçün daha cəlbedici olub. Bu üzdən də Droqba MLS liqasında çıxış edən “Monreal İmpakt” rəhbərliyi ilə görüşərək, karyerasını bitirəcəyini onlara bildirib. 37 yaşlı forvardın klubu ilə müqavilə müddəti 2017-ci ilə qədər olduğundan, “Çelsi” bu keçidin müqabilində qarşı tərəfə təzminat haqqı ödəməyə də hazırdı. Qus Hiddinkin köməkçisi olmağa razılıq verən Droqba gələn ay məşqçi kimi debüt edə bilər. Belə ki, onun 16 fevralda Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə qarşılaşmada məşqçilər korpusunda yer alması gözlənilir. Qeyd edək ki, ötən il “Monreal İmpakt”a keçən Didye Droqba bu komandanın heyətində keçirdiyi 12 oyunda 12 qola imza atıb.






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info