Milli suvenirlərimiz niyə Çində istehsal olunur?
Tarix: 19.02.2013 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Yerli ustaların hazırladığı məhsullar keyfiyyətli olsa da, qiymətinin baha olması bazarda üstünlüyü Çin mallarına verib

Hər bir turist səfər etdiyi ölkədən xatirə əlaməti olaraq müxtəlif suvenirlər alır. Balaca və böyüklüyündən asılı olmayaraq həmin suvenirlər ölkə ilə bağlı təsəvvür formalaşdırır. Yəni, suvenir həmin ölkə ilə bağlı müəyyən fikirlər yaradır. Ölkənin milli simvollarını əks etdirən həmin suvenirlər təbliğat baxımından da əhəmiyyət kəsb edir. Ona görə də «suvenir» deyib keçmək olmaz. Çünki ölkə ilə bağlı təsəvvür yaradan kiçik əşya bizimlə bağlı səssiz də olsa, çox şey «danışa», çox şey «deyə» bilər. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən dövlət kimi regionun lider dövlətinə çevrilib.
Ölkəmizdə bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlər keçirilir. Yəni, Azərbaycana gələn xarici vətəndaşların, turistlərin sayı hər keçən il artır. Ötən il keçirilən «Eurovision» musiqi yarışması ilə bağlı ölkəmizə minlərlə turist axın etdi. 2015-ci ildə Bakı Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək və ölkəmizdə bu yarışa ciddi hazırlıq gedir. Bu nüfuzlu yarışla bağlı Bakı yenə də turist axınına məruz qalacaq. Bəs suvenir dükanlarımız turistlərin qarşısına nə ilə çıxır və çıxacaq? Layihə çərçivəsində təqdim etdiyimiz yazıda həmin suala cavab tapmağa çalışacağıq:

Xarici qonaqların
araxçına marağı çoxdur


Bu məqsədlə yolumuzu İçərişəhərdə yerləşən «Old Baku» suvenir dükanına saldıq. 9 ildir ki, bu dükanda çalışan Orxan Babayev bildirdi ki, son illərdə İçərişəhərin siması çox dəyişib. Hər tərəfdə səliqə-səhman yaradılıb, tarixi abidələr restavrasiya edilib və hazırda bu proses davam edir: «İçərişəhər əvvəlki illərlə müqayisədə çox dəyişib. Yenidən öz qədimliyini, tarixiliyini bərpa edib. Daha əvvəlki kimi səliqəsizlik, zibillik yoxdur. Bu isə İçərəşəhərə gələnlərin sayını artırıb. Həm yeli, həm də xarici turistlərin sayında ciddi artım var. Ölkəmizə gələn əcnəbi turistlərin ilk baş çəkmək istədiyi yer Qız qalası, İçərişəhərdir. Bura onları valeh edir. Tarixi-memarlıq abidələrinə, binalara, Şirvanşahlara, Karvansaraya, qədim dar yollara tamaşa etmək qonaqlar üçün çox maraqlıdır. Turistlərin diqqətini cəlb edən əsas yerlərdən biri də suvenirlər satılan məkanlar olur. Xarici ölkəyə gedən birisi istər-istəməz ora aid suvenir almaq istəyir. Suvenirlər elə olmalıdır ki, həmin ölkənin simvollarını özündə ehtiva etməlidir. Yəni, həmin suvenir ölkə ilə bağlı nəsə deməlidir. Bizim dükana baş çəkən turistlərin sayı çox olur. Onlar daha çox əl işlərinə, xalçalara, baş geyimlərinə diqqət edirlər. Milli geyim növlərimizi, milli musiqi alətlərimiz olan tarı, kamançanı daha çox alırlar. Xaricilər bizim milli musiqi alətlərimizlə çox maraqlanırlar. Tar, kamança ilk baxışda onların diqqətini cəlb edir. Dükana daxil olan kimi ilk olaraq bu alətlərə tamaşa edirlər. Milli musiqi alətlərimizin kiçik maketlərini həvəslə alırlar. Bir də baş geyimi olan araxçının satışı yaxşıdır. Xarici qonaqların araxçına marağı çoxdur. Şərq geyim formasının bir elementi kimi araxçını çox bəyənir və alırlar. Həm araxçınların qiyməti də münasib olduğu üçün çox satılır. Araxçını xaricilərlə yanaşı, yerli turistlərimiz də alırlar. Qız qalasının, Atəşgahın maketləri də turistlərin diqqətini ən çox cəlb edən və satılan suvenirlərdir. Ümumiyyətlə, İçərişəhərə gələnlər arasında rus turistlərin sayı daha çox olur».

1 manata da suvenir
almaq olar, 300 manata da


O.Babayev suvenirlərin qiyməti haqqında da məlumat verdi. Onun sözlərinə görə, suvenirlərin qiyməti müxtəlif olur. Suvenirlər 1 manatdan tutmuş, 200-300 manata qədər olan qiymətə satılır. Ən baha olanı xalçalardır. Milli ornamentlərlə işlənmiş nərd taxtalarını 50 manata almaq olar. Dükan sahibinin suvenirləri haradan əldə etməsi ilə maraqlandıq. Orxan Babayev bildirdi ki, yerli ustaların istehsal etdiyi, hazırladığı milli suvenirlər çox azdır: «Bunun əsas səbəbi yerli ustaların hazırladığı məhsulların qiymətinin baha olması ilə bağlıdır. Bizim ustalarımızın hazırladığı suvenirlər keyfiyyətli olur, təmiz məhsul olur. Amma suvenirləri hazırladıqları sexin icarə pulu, kommunal ödəmələr, üstəgəl ustanın zəhmət haqqını da nəzərə alsaq, suvenir bir qədər baha başa gəlir. Həmin suvenir kefiyyətli olsa da qiyməti baha olur, ona görə də, satılmır. Burada gördüyünüz suvenirlərin çoxu Çin istehsalıdır. Keramikadan hazırlanmış suvenirlərdir. Keyfiyyəti bizim ustalarımızın hazırladıqlarından aşağıdır, amma qiyməti ucuz olduğundan onlara üstünlük veririk. Tək burada deyil, digər dükanlarda da vəziyyət eynidir. Sifariş veririk, müəyyən müddətdən sonra Çində istehsal olunmuş məhsullar gətirilir. Məsələn, Xəzər dənizinin, Qız Qalasının, İçərişəhərin, mili musiqi alətlərimizin, milli geyimlərimizin əks olunduğu müxtəlif suvenirlər sifariş əsasında Çində hazırlanır. Qiymət ucuz olduğundan bu varianta üstünlük verilir. Təbii ki, yerli ustalarımızın hazırladığı məhsul bütün parametlərə görə fərqlənir, daha keyfiyyətlidir, amma qiymət məsələsinə görə Çin malları üstünlük təşkil edir. Yerli ustaların hazırladıqları suvenirləri satmaq daha yaxşı olardı. Milli suvenir ölkənin tanınması, təbliğatı baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizə gələn turistin aldığı Qız qalası, Atəşgah, İçərişəhər maketi və ya araxçın, tar, kamança bizim yerli ustalarımız tərəfindən istehsal olunsa, daha yaxşı olar. Yerli ustalarımız həmin suvenirə daha ürəkdən yanaşır, hər xırda detalı belə, nəzərə alarlar. Axı həmin suvenir onu alan turistdə ölkəmiz, mədəniyyətimiz haqqında təsəvvür formalaşdırır. Biri var belə suveniri yerli usta hazırlasın, biri də var ki, sifariş əsasında müəyyən formaya əsaslanaraq Çində hazırlansın. Mənə elə gəlir ki, ustalarımıza daha yaxşı şərait yaradılsa, müəyyən güzəştlər olsa, suvenirlərimizi də onlara sifariş edərik. Bir məsələni də qeyd edim. Məsələn, bizdən sifariş verildiyi kimi, qonşu Türkiyə, Gürüstandan da sifarişlər olur. Çinlilər eyni qabın və yaxud da formanın üstündə işləyir, daha sonra üstünə sifariş verən ölkənin bayrağını yerləşdirirlər. Turistlər Bakıda, Tiflisdə və ya İstanbulda olarkən baxırlar ki, eyni qab, eyni formadır, sadəcə bayraqlar dəyişdirilib. Turistlər belə hallarla çox qarşılaşır və bunu bizə deyirlər. Bizim dükanda bütün mallar Çin istehsalı deyil. Dükanda Arif Seyidbəyli, Qadir Əzizli, Emil Cəmilli və digər sənətkarlarımızın əsərləri də yer alır. Sənətkarlarımız özləri əsərlərini bizə təqdim edirlər. Biz də onların müəyyən etdiyi qiymətin üstünə müəyyən qədər əlavə edərək satırıq».
Yerli və xarici turistlər daha çox kiçik suvenirlərə üstünlük verirlər
Eyni mənzərə ilə İçərişəhərdəki digər suvenir dükanında da rastlaşdıq. Müşahidə apardığımız dükanlarda İçərişəhərlə bağlı müxtəlif suvenirlər, Qız qalasının kiçik maketləri, muğam triosunun kuklaları, milli ornamentli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehler, breloklar, rəsm əsərləri göz oxşayır. Onu da öyrəndik ki, müəyyən suvenirləri Qoruq İdarəsi özü sifariş verir. Təsbeh, brelok, rəsm əsərləri, əl işləmələrinin əksəriyyəti ayrı-ayrı şəxslər tərəfindən dükanlara təqdim edilir. İçərişəhərdə küçə ticarəti ilə məşğul olan suvenir satıcıları isə bildirdi ki, suvenirlərin qiyməti o qədər də baha olmadığından hamının cibinə uyğundur. Turistlər də çox baha olmayan kiçik suvenirlərə üstünlük verirlər. Yerli və xarici turistlər əsasən 1-10 manat arasında qiyməti olan kiçik suvenirlərə daha çox üstünlük verirlər. Baha qiymətə suvenir alan turistlər də olur. Çinlə yanaşı, Türkiyədən də müəyyən suvenirlərin gətirildiyini öyrəndik. Həmin suvenirlərin qiyməti Çindən gətiriləndən bir qədər baha olur. Səyyar şəkildə suvenir satan satıcılar isə bildirdi ki, bayram günlərində, xüsusi tədbirlərdə ziyarətçiləri daha çox olur.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info