NAZ Lifan avtomobillərini “Gəncə AGP-2016“ loqoları ilə bəzədi
Tarix: 08.01.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır. Nizami yurdu bu il şəhərimizə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır. Bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur.
Bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan NAZ Lifan avtomobilləri "Gəncə AGP-2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub.
Məqsəd Rəhimov - NAZ-ın mətbuat xidmətinin rəhbəri: "Şəhərimizin “Avropa Gənclər paytaxtı” olması ilə əlaqədar, şəhərimizə Avropadan və dünyanın müxtəlif ölkələrindən xeyli sayda həm qonaqlar, həm də turistlər gələcək. Gəncə İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərdə irimiqyaslı tikinti-abadlıq işləri aparılır. Görülmüş işlərin nəticəsində Gəncə günü-gündən inkişaf edir, gözəlləşir, sakinlərin rahatlığı ən yüksək səviyyədə təmin olunur. Təbii ki, belə bir şəraitdə müasir standartlara cavab verən taksilərin şəhərimizdə fəaliyyət göstərməsi vacibdir. Bu baxımdan da Naxçıvan Avtomobil Zavodu Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinin yaratdığı şəraitə müvafiq olaraq Gəncədə belə bir xidmətin fəaliyyət göstərməsini planlaşdırdı".
Bu taksilərin sürücüləri vahid formadan istifadə edir. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub.
Nicat Mahmudov - sürücü: "Tələbat var. Minirlər, gəzdiririk şəhərdə. Turistlər də gələndə otururlar taksilərə, gəzdiririk. Tarixi abidələrimizlə tanış edirik, gəzməli-görməli yerlərə aparırıq. Məsələn, Nizami məqbərəsidir, Şah Abbas Məscididir və s".
Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin şəhərimizdə tətbiqi deməkdir.
Sakinlər, xüsusi ilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.
Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11500 manat ödəməklə və ya ikin 2000 manat, ayda 361 manat olmaqla 3 il müddətinə hissə-hissə ödəməklə “Naz Lifan” taksiləri əldə edə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info