Nüfuzlu ölkələrin liderləri Bakıya toplanacaq
Tarix: 08.01.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


2016-cı il mart ayının 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək. Komitədən verilən məlumata görə, artıq 4 ildir təşkil olunan bu ənənəvi forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir.
Qeyd edək ki, artıq Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçıları IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıb.
Hər üç forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və nitq söyləyib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info