“Azərbaycan tolerantlığı “sənə dözürəm, çünki səni sevirəm” anlamına gəlir”
Tarix: 08.01.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


İsrailin rəsmi media qurumları ilə AZƏRTAC arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkə arasında münasibətlərin yeni məcrada inkişafına əlverişli imkanlar yarada bilər. Bu baxımdan səfirliyimiz AZƏRTAC-ın İsrailin rəsmi agentlikləri ilə istənilən əlaqənin qurulmasına və informasiya mübadiləsinin genişləndirilməsinə töhfələrini verməyə hazırdır. Ümid edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə həyata keçirəcəyimiz birgə layihələr bizi daha da yaxınlaşdıracaq.
Bu fikirləri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav yanvarın 8-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, həyata keçirilən layihələr, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Aslan Aslanov Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə danışıb.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən söhbət açılıb, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin artan rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan ilə İsrail arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, yüksək texnologiyalar sahələrində əlaqələr inkişaf edir və möhkəmlənir.
AZƏRTAC İsrailin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığın genişləndirilməsinə hazırdır. Bu əməkdaşlıq hər iki ölkənin sosial iqtisadi həyatının dərindən öyrənilməsi məqsədilə Azərbaycandan İsrailə, eləcə də İsraildən ölkəmizə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilini, birgə fotoalbom və kitabların nəşrini, müştərək layihələri əhatə edə bilər. Söhbət zamanı bununla bağlı məsələlər də nəzərdən keçirilib.
Azərbaycanın inkişafından məmnunluq duyduğunu bildirən səfir Dan Stav ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rolundan danışıb. Geosiyasi baxımdan çətin regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın inkişafının onu heyrətləndirdiyini bildirən səfir hər iki ölkənin oxşar xüsusiyyətlərinə toxunub. Diqqətə çatdırılıb ki, Azərbaycanda və İsraildə müşahidə olunan dinamik inkişaf, iqtisadi çiçəklənmə, müsbət tendensiyalar gələcəyə böyük ümidlər yaradır.
Zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu deyib: “Əfsuslar olsun ki, tolerantlıq məfhumu bir çox ölkələrdə “sənə dözürəm, lakin sənə nifrət edirəm” mənasını verir. Azərbaycan tolerantlığı isə “sənə dözürəm, çünki səni sevirəm” anlamına gəlir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dan Stav İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info