“Bu il Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”
Tarix: 08.01.2016 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


“ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir və biz bu il əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ABŞ dövlət katibi Con Kerrinin Amerika diplomatiyası haqqında ötən gün etdiyi çıxışla bağlı şərhində deyilir.
Məlumata əsasən, Kerri keçən ilin nailiyyətləri, yeni imkan və çətinliklər barədə danışıb, habelə ABŞ-ın bu çətinliklərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.
“Bu gün Amerika Birləşmiş Ştatları əvvəlkinə nəzərən dünyanın daha çox yerində daha vacib məsələlərlə daha yaxından məşğuldur. Səbəbi isə odur ki, bizim maraqlarımız bunu tələb edir, bizim dostlarımız və müttəfiqlərimiz də bunu istəyir və alqışlayır. Bu səbəbdən qarşıdan gələn aylarda Ukrayna, Əfqanıstan, Mərkəzi Amerika, Kolumbiya, Kipr, Liviya, Cənubi Sudan, Burundi kimi yerlərdə yeni imkanlar və çətinliklər gözləyirik. Çətinliklərlə bağlı heç bir illüziyamız yoxdur. Sadəcə inanın mənə, biz əminik ki, ortaya qoyduğumuz dəyərlərə görə və onların Amerika xalqının dəyərlərini əks etdirdiyinə görə güclü beynəlxalq dəstək qazanmışıq. İnanıram ki, bu çətinliklərdən keçərkən də bu dəstəyi saxlayacağıq”,- deyə Kerri çıxışında bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info