Los-Ancelesdə Azərbaycanla bağlı təqdimat
Tarix: 09.01.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycanla bağlı təqdimat keçirilib. Təqdimat ötən ilin sonlarında həmin sinaqoqun 50 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri barədə yəhudi icmasını məlumatlandırma məqsədi daşıyıb.
Xatırladaq ki, səfər 2015-ci il 30 oktyabr-4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə çıxış edən Sinay sinaqoqunun rəhbəri, “Newsweek” jurnalının sorğusuna görə ABŞ-ın ən nüfuzlu yəhudi din xadimi olan ravvin Devid Uolpi Azərbaycanın ecazkar ölkə olduğunu vurğulayıb. O, çoxəsrlik tolerantlıq ənənələrinə malik belə bir ölkə ilə tanışlıq fürsətinin əvəzsiz olduğunu bildirib. Ravvin Azərbaycanda səfərdə olduğu müddətdə ölkəmizin tərəqqisinə heyran qaldığını və bu gün dünyanın hətta bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilərin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, azad şəkildə öz dini etiqadlarına əməl edə bildiklərini vurğulayıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək tarixən Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə böyük ehtiramla yanaşıldığını, tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu qeyd edib. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb. O, Sinay sinaqoqunun nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm hadisə olduğunu söyləyərək, bu səfərin Azərbaycan ilə ABŞ-ın yəhudi icması arasında qarşılıqlı münasibətlərin inkişafına önəmli töhfə verdiyini bildirib. Sinay sinaqoqunun idarə heyətinin üzvləri Keri Lerman, Ancela Məddahi və Eli Aliyeşmerni ölkəmizdə müxtəlif dini icmalar arasında qarşılıqlı ehtirama əsaslanan münasibətlərlə yanaşı, Azərbaycan xalqının malik olduğu tarixi ənənələrin də nadir olduğunu qeyd ediblər. Bildirilib ki, hazırda dünyanın müxtəlif ölkələrində İslam məzhəbləri arasında qanlı toqquşmaların davam etməsinə baxmayaraq, Azərbaycanda müsəlmanlar arasında çox güclü qardaşlıq əlaqələri mövcuddur. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdən, ölkədə yaşayan müxtəlif dini icmalara göstərilən dövlət qayğısından bəhs edərək, belə bir səfərin həyata keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Azərbaycan kimi mütərəqqi və tolerant bir ölkənin ABŞ-ın yəhudi icması tərəfindən daim və hərtərəfli dəstəklənməsinin çox vacib olduğunu qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info