Şura Quba və Şirvanda QHT-lər üçün təlim keçirib
Tarix: 09.01.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Quba rayonunda “QHT şəbəkəsi üçün səmərəli idarəetmə” mövzusunda təlim təşkil edib. Təlimdə Quba, Şabran, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən 25 QHT-nin nümayəndəsi iştirak edib. Şuranın məsləhətçiləri Həsən Səmədov və Toğrul Turabov çıxış edərək layihə təkliflərinin hazırlanması və idarə edilməsi haqqında təlim iştirakçılarına ətraflı məlumat veriblər. Bu gün həmçinin Şirvan şəhərində Şuranın baş məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Fərid Qəhrəmanovun iştirakı ilə Şuranın 2016-cı il 1-ci maliyyə müsabiqəsi, QHT-lərin bilik və bacarıqlarının artırılması və onlara praktiki köməkliklərin göstərilməsi məqsədi ilə layihə təkliflərinin yazılması, onun idarə olunması, hesabatların elektron qəbulu prosesinə edilmiş əlavə və dəyişikliklər, eləcə də QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması mövzularında məlumatlandırma sessiyası keçirilib. Sessiyada Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbər şəxsləri və mühasiblər iştirak edib.
Keçirilən tədbirlərdə elektron hesabatlılıq, QHT-lərin layihə hazırlığı prosesində qarşılaşdığı məsələlər və digər mövzularda geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin sualları cavablandırılıb.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info