Turizm sektorunda peşəkarlara ehtiyac var
Tarix: 09.01.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Ekspertlərin hesablamalarına görə, ölkədən məmnun gedən hər bir xarici ölkəmizə gəlmək istəyən 3 adama, narazı gedən isə 10 adama təsir edə bilir
Turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biridir.
Bu da bir faktdır ki, turizmin inkişaf etdiyi ölkələr turistlərin marağına səbəb olacaq hər bir vasitədən istifadə edirlər. Onlar üçün müxtəlif yeniliklər tətbiq edərək çalışırlar ki, heç bir turist həmin ölkədən narazı getməsin və yenidən bir daha buraya səfər etsin
. Bu baxımdan ölkəmizdə turizm sektorunu daha da inkişaf etdirmək, turist axınını daha da artırmaq istiqamətində daha çox işlərin görülməsinə ehtiyac var. Qeyd edək ki, bu gün ölkədə peşəkar turizmçilərin sayının artırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Turizm sektorunda işləyənlərin əlavə təhsil proqramı və qisamüddətli kurslarla ixtisas artırmasına, ixtisas dəyişməsinə nail olmaq və ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə Təlim Mərkəzi yaradılıb. Mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə (Lənkəran, Quba, Şəki və Xaçmaz) də müvafiq kurslar təşkil olunub. Bundan başqa, 2011-ci ildə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradıldı. Bu gün hazırda yerlərdə bu sahədə hələ də problemlər özünü göstərir. Bir sıra turizm obyektlərində fəaliyyət göstərən turizmçilər, sahibkarlar, işçilər heç də bu sahədə peşəkar deyillər ki, bu da həmin obyektdə turizm xidmətlərinə öz təsirini göstərir. Mütəxəssislərin fikrincə, turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi daha da qaldırılmalıdır. Bu, yalnız turizm obyektlərinə şamil edilmir.

Türkiyədə ticarətçilərə turistə ucuz malı baha qiymətə satmaması üçün kurs keçirlər
Qeyd edək ki, bu gün xarici ölkələrdə turist cəlbi məqsədilə müxtəlif yeniliklər tətbiq edilir. Belə ki, Türkiyədə turistlərə daha yaxşı xidmət təqdim etmək üçün ticarətlə məşğul olan şəxslərə ingilis və ərəb dillərini öyrədilir. Bu məqsədlə onlara kurslar təşkil edilir. Məsələn, Bursaya gələn turistlərin rahat alış-veriş etmələri üçün təşkil edilən kursda ilk olaraq 194 ticarət adamı iştirak edib ki, 120 saat davam edəcək kursda dil kursundan sonra diksiya, ictimaiyyətlə əlaqələr kimi kurslara da davam edilir. Ticarətlə məşğul olan şəxslərin ən az iki dil bilməsi nəzərdə tutulur. Məqsəd odur ki, ticarətçilər turistə ucuz qiymətə olan malı baha qiymətə satmasın və bununla növbəti səfər üçün maraq oyatsın. Ekspertlərin hesablamalarına görə, ölkədən məmnun gedən hər bir xarici ölkəmizə gəlmək istəyən 3 adama, narazı gedən isə 10 adama təsir edə bilir. Biz isə bu istiqamətdə ancaq müsbət rəy formalaşdırmalıyıq.
Ölkəmizə gələn turistlərin xarici və qonaq olduğunu ağlımızdan çıxartmamalıyıq. Belə ki, satıcı onlara məhsulları yüksək rəqəmlərlə təqdim etməməli, gülər üzlə davranmalıdır. Xarici dili bilirlərsə, onlarla daha yaxından maraqlanıb, ölkəmizi gözəl şəkildə tanıtmalıdırlar. Qazanc məqsədilə yalan söyləməməli və saxtakarlıqdan uzaq durmalıdırlar. Onlar yolu düzgün tapa bilmədikdə onlara yardım etmək lazımdır. Yaxşı xidmət qonaq üçün ən önəmli amillərdən biridir. Xidmət keyfiyyəti istənilən məqsədə çatmağın dərəcəsidir. Turistlərlə yaxşı davranarsaq, onlar da ətrafındakılara ölkəmizlə bağlı yaxşı fikirlər anladırlar. Əgər pis davransaq onlar da ətrafdakılara bu cür başa salacaqlar ki, nəticədə ölkəmizə gələn turistlərin sayı azalar. Ölkəyə gələn turisti nə qədər yaxşı oteldə qonaq etsək də, nə qədər yüksək səviyyəli xidmət göstərilsə də, o turistin küçələrdə yaşayacağı ən kiçik bir mənfi hadisə onun bütün tətilinə təsir edərək ölkəmizdən mənfi fikirlərlə ayrılmasına səbəb olacaq. Unutmamalıyıq ki, turizm agentlikdən otelçiliyə, tur rəhbərindən satıcıya, taksi sürücüsünə, ofisiantlardan muzey işçilərinə qədər, xidmətlər zəncirinin yaratdığı böyük bir sektordur. Bu xidmətlər zəncirində yaranan ən kiçik halqa da belə problem olsa bütün zəncirə təsis edə bilər. Dilimizi bilmədikləri üçün xarici turistlərə qarşı yaxşı davranmaq lazımdır. İstiqaməti soruşduqda, bizdən yardım istədiklərində xoş rəftarla qarşılamalıyıq. Unutmayaq ki, onların gəlişi bizə yeni iş imkanları yaratdığı kimi, ölkəmizin inkişafı təmin edir. Hər turistə bərabər, düzgün xidmət göstərilməlidir, eləcə də xalqın turistə yanaşması çox önəmlidir. Turist xalqın münasibətini sevərsə oraya ikinci dəfə gələr.

“Sahibkarlar yaxşı xidmət, qonaqpərvərlik və düzgün qiymətlə hərəkət etməlidirlər”
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirdi ki, turistlərə qarşı yerli əhalinin və sahibkarların davranışı çox vacib amildir: “Turizm ölkələrində dövlət siyasəti var. Yəni hər bir turistə önəm verilməlidir. Etika qaydaları var. Ancaq turistlər də hər bir ölkənin adət- ənənəsinə
hörmət etməlidir. Sahibkarlar, yaxşı xidmət, qonaqpərvərlik və düzgün qiymətlə hərəkət etməlidirlər. Eyni zamanda mədəni dəyərlərə də önəm verilməlidir”. Xidmət sahəsində fəaliyyət göstərən hər işçinin peşə təhsili olmadığı və bunun məhz həmin obyektin sahibi olan sahibkar tərəfindən onlara öyrədilməli olduğu fikri ilə razılaşmayan müsahibimiz deyir ki, sahibkar mütəxəssisə etibar etməlidir: “Birinin təyyarəsi ola bilər, bu o demək deyil ki, o təyyarəni sürəcək. Ümumiyyətlə, bu işlə məşğul olan professional, təhsilli olmalıdır. İstər sahibkar, istərsə də işçilər olsun”.
Qeyd edək ki, dünyada turizmin inkişaf səviyyəsi bu sektorda bütün sahələrdə ölkələri dəyərləndirməyə imkan verir. Belə ki, hələ bir müddət öncə, 1200 nəfər arasında “getdiyiniz ölkələrdən hansında yerli əhalinin kobud davranışlarına məruz qaldınız?” sualı ilə sorğu keçirilmişdi. Nəticədə Fransa 34 ölkə arasından turistlərə ən kobud davranan ölkə seçilmişdi. Fransanı təqib edən ölkələr isə Rusiya, İngiltərə, Almaniya olmuşdu. ABŞ 7-ci sırada, ən son sırada yer alan Filippin, Karib adaları, Braziliya isə turistlərə ən kobud davranan ölkələr sırasında yer almaqla ən qonaqpərvər ölkə kimi qəbul edilmişdi. Biz də çalışmalıyıq ki, ən azından ölkəmiz əhalinin yaxşı rəftarı, yüksək səviyyəli mədəni xidməti ilə turistlərin yadında qalsın.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info