“Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır”
Tarix: 09.01.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüb.
R.Abdullayev ölkə başçısı İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb. Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən R.Abdullayev cüdoçularımızın mötəbər yarışlardakı uğurlarını xüsusi vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya Respublikası, Yaponiya, Afrika “Qran-pri” və “Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R. Abdullayev bu yarışlarda rekord sayda cüdoçunun mübarizə apardığını qeyd edib. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Marius Vizer bu ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib. 2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçiriliməsinin də Bakıya həvalə olunduğunu söyləyən Marius Vizer bu tədbirdə Olimpiadadan sonra cüdoda yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, Beynəlxalq Cüdo Federasiyanın iki il əvvəl yaranmış akademiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığa başlanılacaq. Sonra Marius Vizer Beynəlxalq Cüdo Federasiyanın xüsusi hədiyyəsini Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info