TPP üzrə razılaşma fevralın 4-də imzalanacaq
Tarix: 09.01.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Ötən ilin oktyabrında Trans-Sakit okean Tərəfdaşlığı (TPP) adlı yeni iqtisadi regional qurumun yaradılması barədə razılıq əldə etmiş ölkələr bu barədə rəsmi razılaşmanı fevralın 4-də imzalayacaqlar. “New Zeland Gerald” qəzetinin yazdığına görə, imzalanma mərasimi Yeni Zelandiyada keçiriləcək.
Bundan sonra iştirakçı ölkələr razılaşmanın ratifikasiyasını həyata keçirməlidirlər. Trans-Sakit okean Tərəfdaşlığı Asiya-Sakit okean regionunda ticarətə və xidmətə gömrük rüsumlarının tamamilə ləğvini nəzərdə tutan ticarət paktıdır. Razılaşmada 12 ölkə - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiya iştirak edirlər. Xəbər verdiyimiz kimi, yeni ticarət paktı barədə razılaşma ötən ilin oktyabrında ABŞ-ın Atlanta şəhərində aparılmış danışıqlar nəticəsində əldə edilib. Razılaşmaya iştirakçı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün aparılmış uzunmüddətli müzakirələrdən sonra nail olunub. Bu, əsasən kənd təsərrüfatı məhsullarının, avtomobil hissələrinin, dərmanların ixracı və idxalı, həmçinin əqli mülkiyyət sahələrində qaydalarla əlaqədar idi. Bundan sonra bir sıra ölkələr, o cümlədən Banqladeş, Hindistan, İndoneziya, Kolumbiya, Laos, Koreya Respublikası, Tailand, Filippin də TPP-yə maraq göstərməyə başlayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info