“Qətnamələr təsdiq olunsa, bu Ermənistanın işğalçı olduğunu təsdiqləyən ilk tarixi sənəd olacaq”
Tarix: 11.01.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


"Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib. Çünki Ermənistan və onun havadarları bütün resursları ilə AŞPA üzvlərinə yenə də, amma heç vaxt olmadığı qədər güclü təzyiqlər edəcəklər. Mən bu qətnamələr üçün mübarizə apardığım 2 il ərzində bu təzyiqlərin canlı şahidi olmuşam. Onlar bu qətnamə layihələrini AŞPA katibliyinə təqdim etdiyim andan, komitələrdə qəbul olunana qədər bütün mərhələlərdə hər cür təxribatlara əl atırdılar. Qətnamələrin lehinə, Azərbaycanın haqq səsinə səs verən Avropalı parlamentarilər Ermənistanın təkidi ilə dünyanın güc dövlətləri, siyasi liderlər, AŞPA rəhbərliyi tərəfindən güclü təzyiqlərə məruz qaldılar".
Bunu Azıərbaycanın AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
E. Süleymanov bildirib ki, Ermənistan mətbuatının yazdığına görə, Ermənistan nümayəndə heyəti bayram günlərində də ciddi iş aparıb, yanvarın 8-dən 25-nə qədər isə Avropa Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar: "Ermənistan mətbuatı yazır: "Bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir”. Onlar bu sözləri AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin qurumun qış sessiyasında müzakirəsinə münasibət bildirərkən deyiblər. Bununla, Ermənistanın AŞPA-nın plenar iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq edilməsinin qarşısını almaq üçün hamılıqla Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir".
E. Süleymanov qeyd edib ki, AŞPA-nın qış sessiyasında hər iki qətnamənin müzakirəsi “olum ya ölüm” mübarizəsidir: "Bu, sözün əsl mənasında belədir. Çünki AŞPA-nın prosedur qaydalarına görə, 2016-cı ilin qış sessiyası bu qətnamələr üçün son instansiyadır. Əgər bu qətnamələr plenar iclasda təsdiq edilərsə, nə Ermənistan, nə də heç bir erməni heç bir yolla işğalçı damğasını Ermənistan dövlətinin üzərindən götürə bilməyəcək, bu fakt heç bir zaman tarixin səhifələrindən silinməyəcək. Bu qətnamələr təsdiq olunarsa, Ermənistan dövlətinin işğalçı və təcavüzkar olmasını təsdiqləyən ilk tarixi sənəd olacaqdır. Buna görə də onların təşvişi təbiidir".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info