AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı keçiriləcək
Tarix: 19.02.2013 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Bu gün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (“www.azlibnet.az”) təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, respublikanın tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, şəhər (rayon) kitabxanalarının rəhbərləri və geniş ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Prezident tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi bu sahənin inkişafına səbəb olub. Dövlət Proqramının reallaşdırılması üzrə Tədbirlər Planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) xüsusi xidmətləri var. AZLİBNET Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Gənclər Kitabxanasının nəzdində yaradılıb. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir. AZLİBNET-in məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir. AZLİBNET-in əsas vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin elektron resurslarının vahid mərkəzdən idarə olunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə, elektron resurslarının istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsinə, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır. AZLİBNET Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır. Azərbaycanın Toplu Elektron Kataloqu böyük ümummilli əhəmiyyətə malikdir. O, kitabxanaların inkişafının strateji istiqamətidir. Onun yaradılması Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini koordinasiya etməyə, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesini təşkil etməyə imkan verəcək. AZLİBNET Mərkəzi vasitəsi ilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılıb. Mərkəz respublikanın bütün kitabxanaları ilə (sahəvi, elmi, kütləvi) əlaqələr qurur.
Xanım NƏSİROVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info