“Naviqator” layihəsinin ilk seminarı keçirilib
Tarix: 11.01.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Naviqator” layihəsi çərçivəsində ilk seminar keçirilib. Tədbir Bakı şəhəri A.S. Loginov adına 8 №-li tam orta məktəbdə baş tutub. Tədbirin rəsmi hissəsində Gənclər Fondunun fəaliyyətindən, Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən, bu sahədə həyata keçirilən layihələrdən danışılıb.
Layihə əsas məqsəd olaraq qəbul proqramına hazırlıq ərəfəsində olan şagirdlərə motivasiya verilməsi və özgüvənin aşılanması, müxtəlif ixtisaslar haqda ətraflı məlumat vermək, əmək bazarında tələbat yaradan ixtisaslar haqqında onları məlumatlandırmaq, gələcəkdə hansı ixtisasların daha çox ön planda olacağını göstərmək, onlara Azərbaycanda mövcud olan universitetlər və fakültələr haqda ətraflı məlumat vermək və ən əsası da uğurlu karyeraya təşviqi hədəfləyir. Layihə “Seçiminiz gələcəyinizdir!” şüarı ilə bu istiqamətdə təşkil olunmuş seminarlar silsiləsini əhatə edir.
Qeyd edək ki, “Naviqator” layihəsi çərçivəsində keçirilən ilk seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkillər çəkdirilib.
Layihə çərçivəsində növbəti seminar yanvarın 14-də keçiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info