“Prezident xalqın gözlədiyi qərarların anonsunu verdi”
Tarix: 11.01.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bu gün cənab Prezident İlham Əliyev “Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda xalqın gözlədiyi vacib qərarların anonsunu verdi.
Bunu “Trend”ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
A. Quliyev deyib ki, dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır və əminəm ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik: "Cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaqdı".
Onun sözlərinə görə, dövlət başçısının qəbul etdiyi qərarlar 5 əsas nəticənin əldə olunmasına hesablanıb. Bunu həmdə Prezidentin anti-böhran proqramı da adlandırmaq olar:
• Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması;
• Struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinın yaradılması;
• İqtisadi və sosial həyatın bütün sahələrində qərar qəbulu prosesinın “ASAN”laşması, büdcə vəsaitinin səmərəli istifadəsi, maliyyə nəzarətinin gücləndirilməsi və bu sahədə şəffaflığın tam təmin olunması;
• Süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi;
• Biznes mühitini yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, bank sektorunda islahatların aparılması və tikinti sahəsində açıq tenderlərin keçirilməsi.
A. Quliyev vurğulayıb ki, dövlət başçısı yuxarıda qeyd olunan bütün məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd edib: "Diqqət çəkən məqamlardan biri də odur ki, cənab Prezident Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsindən narahatlığını ifadə edərək Azərbaycanın regionda sabitləşdirici roluna toxunub və bölgədə risklərin azalmasına töhfə verə biləcəyini bildirib".
Millət vəkili həmçinin qeyd edib ki, sonda dövlət başçısının Yaxın Şərqdə gedən vətəndaş müharibəsi nəticəsində qaçqınların üz tutduğu Avropada radikal meyllərin artmasının, islamafobiya və sivilizasiyalararası anlaşılmazlıqların və toqquşmaların Azərbaycanı da narahat etməsini xüsusilə vurğulayıb: "Bu baxımdan cənab Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda “Multukulturalizm ili” elan edilməsini doğru addım hesab edirəm. Düşünürəm ki, bu gün verilən tarixi qərarların və planlaşdırılan islahatların uğurla həyata keçirilməsində hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, milli maraqlar hər şeydən üstün tutulmalı və siyasi baxışından asılı olmayaraq hamı Prezidentin bu təşəbbüsünə ictimai dəstək verməlidir".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info