5,5 milyon manat gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib
Tarix: 11.01.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il ərzində vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5 485 149 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 43 faizi (2 362 875 manat) “Azərinşaatservis” ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqlarından ibarət olub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində “Azərinşaatservis” ASC həmin gecikdirilmiş əmək haqqı borcunu işçilərə tam şəkildə ödəyib. Ümumilikdə son illərdə Xidmət tərəfindən əməkhaqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə xüsusi diqqət yetirilir.
2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7 faizini (5 032 263 manat) əməkhaqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.
Bundan başqa, ötən il işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 22 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info