Banklar kreditlərin ödənişi qrafikinə dəyişikliklər edəcək
Tarix: 11.01.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycan bankları faiz dərəcələri və kreditlərin ödənilməsi müddəti ilə bağlı müqavilələrə yenidən baxılması çərçivəsində valyuta kreditlərinin restrukturizasiyasını həyata keçirəcək. Bunu “Trend”ə Azərbaycan Banklar Assosiasiyasının (ABS) rəhbəri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, kredit borcunun ödənilməsi müddətinin uzadılması ilə əlaqədar müştərinin imkanına uyğun yeni ödəniş qrafikinin formalaşdırılması tələb olunur: “Bununla belə, hər bir müştəriyə qarşı fərdi yanaşma lazımdır, çünki müştərilərin imkanları fərqlidir”.
Z.Nuriyev qeyd edib ki, banklara öz vəsaitləri hesabına köhnə və yeni məzənnə arasında fərqi qarşılamaq çətin olacaq, buna görə də hər bir bank müştərilərə köhnə məzənnə ilə kredit borclarını qaytarmaq imkanı yarada bilməz.
ABS rəhbəri diqqətə çatdırıb ki, hazırda Assosiasiya restrukturizasiya məsələləri üzrə banklarla müntəzəm danışıqlar aparır: “Bildirmək istəyirəm ki, heç bir bank müştəriləri ilə kreditlər üzrə məzənnə siyasətinin hər hansı dəyişikliyini müzakirə etmir. Qeyd etmək lazımdır ki, banklar bunu edə də bilməz. Azərbaycan Mərkəzi Bankı yeni məzənnə müəyyənləşdirdikdən etibarən məzənnə avtomatik olaraq balansa daxil edilir və balans avtomatik olaraq yeni məzənnə üzrə hesablanır. Banklar hər hansı digər məzənnəni öz istəyi ilə daxil edə bilməz, bu, sadəcə mümkün deyil".
Onun sözlərinə görə, bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər artıq Azərbaycan hökumətinə göndərilib: “Bu, ötən il manatın məzənnəsinin dəyişməsindən sonra Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat vəsait hesabına mümkündür. Lakin tənzimləyicidən hələ heç bir cavab daxil olmayıb”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info