“Vaşinqton digər ölkələrə münasibətdə öz strategiyasını dəyişməlidir”
Tarix: 12.01.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“The Boston Globe”:“Biz həmişə öz şərtlərimizi müttəfiqlərimizə diktə etməyə adət etmişik. Lakin, görünür, bundan sonra onlarla məsləhətləşmə aparmaq məcburiyyətində qalacağıq. Bunun üçün də adət etmədiyimiz bəzi güzəştlərə getməyə də hazır olmalıyıq”

“The Boston Globe” nəşrinin icmalçısı Stiven Kinzerə görə, ABŞ-ın gələcəyi Vaşinqtonun digər ölkələrə münasibətdə öz strategiyasını dəyişməsindən asılıdır. Onun fikrincə, hazırda Amerika Birləşmiş Ştatları artıq köhnəlmiş sülh şərtlərini dünyaya diqtə etmək iqtidarında deyil və əgər Vaşinqton bütün bunları başa düşüb, xarici siyasətində dəyişikliklər etməsə, bu, ölkənin məhvinə gətirib çıxara bilər: “20-ci əsrdə xeyli inkişaf etmiş ABŞ dünyanı idarə etməyə vərdiş edib.
Lakin, belə görünür ki, tariximiz bizi dünyada qlobal statusun itirilməsinə hazırlamayıb. Biz psixoloji cəhətdən də buna hazır deyilik”. Kinzer daha sonra əlavə edib ki, artıq inkişaf etməkdə olan dünyanın müşahidə etməmək mümkün deyil: “Terrorist qruplaşmaları Yaxın Şərqi zəbt edib. Bu, bizim üçün də xəbərdarlıq olmalıdır. ABŞ-ın hərbi gücünə baxmayaraq, biz tərəfdaşlarımızın köməyi olmadan bunu aradan qaldırmaq iqtidarında deyilik. Bu arada Rusiya NATO üzvü olan Türkiyə vasitəsilə da bizə problemlər yaradır. Lakin biz hələ də bu məsələlərə məhəl qoymuruq”. İcmalçıya görə, Amerika Birləşmiş Ştatları üçün ən böyük çətinliyi Çinin daim artmaqda olan gücü yaradır. Bütün bunları göz önünə alan Kinzer Vaşinqtona gələcəkdə dünya ölkələrinə münasibətdə öz strategiyasını dəyişməyi məsləhət görür: “Biz həmişə öz şərtlərimizi müttəfiqlərimizə diktə etməyə adət etmişik. Lakin, görünür, bundan sonra onlarla məsləhətləşmə aparmaq məcburiyyətində qalacağıq. Bunun üçün də adət etmədiyimiz bəzi güzəştlərə getməyə də hazır olmalıyıq”. Siyasi icmalçıya görə, Vaşinqton artıq dünyaya psixoloji təsir göstərmək iqtidarında deyil. Qeyd edək ki, Stiven Kinzerlə həmahəng fikirləri amerikalı siyasətçi Pol Kreyq Roberts də acıqlayıb. Robertsə görə də, ABŞ dünya ölkələrinin seçilmiş anlayışlarını istismar etməklə, digər ölkələrin suverenliyinə öz qanun və qaydalarını tətbiq etməkdə davam edir. Beləliklə də, ABŞ hökuməti daha çox cinayət təşkilatına çevrilir. ABŞ dövlətinin elə öz tərəfdaşlarına qarşı göstərdiyi münasibətləri sadalayan Roberts Qərb mətbuatının da baş verənlərə səthi münasibət bildirdiyinə eyham vuraraq, onların da Vaşinqtonun cinayət təşkilatının bir hissəsinə çevrildiyini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info