Rusiya voleybolçuları “Rio-2016”-ya vəsiqə qazanıblar
Tarix: 12.01.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Voleybol üzrə milli komandaların Avropa Olimpiya təsnifat turnirinə yekun vurulub. Almaniyada keçirilən turnirdə kişilərdən ibarət Rusiya millisi Braziliyada keçiriləcək “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Turnirin finalında Rusiya və Fransa voleybolçuları qarşılaşıblar.
Bu komandalar həlledici görüşədək qrup mərhələsində bir dəfə üz-üzə gəlmişdilər. Həmin oyunda Fransa idmançıları 3:1 hesabı ilə qalib gəlmişdi. Bu amil Rusiya seçməsi üçün qarşılaşmanın prinsipial əhəmiyyətini artırmışdı. Görüşə fəal başlayan Fransa idmançıları ilk hissədə 25:14 hesabı ilə qalib gəliblər. Lakin bundan sonra matçda dönüş yaratmağa nail olan Rusiya voleybolçuları ikinci setdə 25:16 hesabı ilə üstün olaraq setlərin hesabını bərabərləşdiriblər. Növbəti 2 hissədə rəqibini 25:23 və 25:21 hesabı ilə məğlub edən Rusiya millisi turnirin qalibi olmaqla yanaşı, Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Fransa millisi və yarışı üçüncü yerdə başa vuran Polşa komandası Olimpiya Oyunlarına qatılmaq üçün mayda Yaponiyada təşkil olunacaq ümumdünya Olimpiya təsnifat turnirində mübarizə aparacaq. Türkiyədə keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin finalında isə Rusiya komandası Hollandiyadan üstün olaraq “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmişdi.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info