“Süni qiymət artımından varlanmaq istəyənlər barədə KİV-də məlumat verilməlidir”
Tarix: 12.01.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Son günlər baş verən devalvasiyadan bir sıra işbazlar istifadə edirlər. Onlar süni bahalaşma yaradaraq əhalidən artıq pul qazanmağa çalışırlar. Buna qarşı mübarizədə prokurorluq və digər aidiyyəti qurumlarla yanaşı, mətbuat da mübarizə aparmalıdır.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə də toxundu. Ölkə başçısı belə insanlara qarşı mübarizədə prokurorluq orqanları ilə bərabər mətbuatın da üzərinə yük qoydu: “Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”. Dövlət başçısı bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: “Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”. Bəs media bu baxımdan hansı işlər görməlidir? Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə, medianın ümdə vəzifələrindən biri ictimai nəzarət missiyasını həyata keçirməkdir: “Məhz buna görə də cənab Prezidentin son proseslərlə bağlı medianı məsuliyyətli davranmağa, qiymət artımı ilə bağlı məsələləri nəzarətdə saxlamağa, operativ, obyektiv məlumatlar yaymağa çağırması medianın funksiyalarına tam uyğundur. Manatın məzənnəsi ilə bağlı durumdan istifadə edib hansısa maraqlar naminə sabotaj yaradan, bu yolla əhalidə xof, narahatlıq formalaşdırıb dövlətdən narazı salan, yaxud qarışıqlıq yaradıb varlanmaq istəyən şəxslər barədə KİV-də məlumat verilməli, onların əməllərinin mahiyyəti xalqa çatdırılmalıdır. Bu, medianın həm qanunla ifadə olunan vəzifəsi, həm beynəlxalq təcrübəyə əsaslanan statusu, həm də milli təəssübkeşlikdən irəli gələn missiyasıdır”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, Prezidentin belə bir məqamda KİV-ə səslənməsi o deməkdir ki, dövlət başçısı KİV-ə, onun yaydığı məlumatlara ciddi önəm verir: “Digər tərəfdən bu, həm də KİV-i məsuliyyətli davranmağa, yanlışlardan yayındırmağa yönəlmiş bir çağırışdır. Çox təəssüf ki, son vaxtlar bəzi KİV-lər, xüsusən onlayn resurslar yaranmış durum barədə əhalidə fikir aydınlığı yaranmasına yox, vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edən məlumatlar yayırlar. Dolların məzənnəsinin artımı, milli valyutaların dəyərdən düşməsi təkcə Azərbaycanda yox, bütün dünyada baş verən prosesdir. Bu, həm də iqtisadi proseslərin göstəricisi yox, dünya güclərinin siyasi qərarlarının nəticəsidir. Bəzi KİV-lər bu həqiqətlərin aydınlaşmasına, cəmiyyətin toparlanıb vəziyyətdən çıxmasına yox, əksinə, durumun mürəkkəbləşməsinə yardım edən açıqlamalar yayırlar. Konkret faktlar, qanun pozucuları bir yana qalır, qondarma ekspertlərə, siyasi fəallara tribuna verilir, onlar da prosesləri obyektiv yox, öz maraqlarına uyğun şərh etməklə, cəmiyyətdə çaşqınlıq yaradırlar. Nəzərə almaq lazımdır ki, yaranmış durum siyasi çəkişmələr üçün mövzu olmaqdan daha çox, ümumilikdə taleli bir məsələdir və yaranmış durumdan çıxmaq, hər kəsdən məsuliyyətli olmaq tələb edir. Təbii ki, bu məsuliyyətin təbliğ edilməsində, hadisələrin düzgün təhlil edilib vəziyyətdən çıxış yollarının tapılmasında KİV-in rolu önəmlidir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info