Əkrəm Naibovu xalq qəbul etmədi
Tarix: 19.02.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Bəzi xarici qurumların bu məsələni “söz azadlığına təzyiq” kimi qələmə verməsi heç bir məntiqə sığmır


Məlum olduğu kimi, Əkrəm Naibov “Daş yuxular” əsərini yazmasından və bu əsərində Azərbaycan xalqının heysiyyətini təhqir etməsindən, tarixini saxtalaşdırmasından, azərbaycanlıları hər cür pis obrazlarla təsvir etməsindən sonra cəmiyyətimizdə ona qarşı etiraz ifadə edildi və indi də edilməkdədir. Cəmiyyət birmənalı olaraq Əkrəm Naibovu belə bir açıq qərəzinə və antiazərbaycan mövqeyinə görə qınamaqdadır.

Söhbər ondan gedir ki, Ə.Naibov açıq-aşkaq bütöv bir milləti təhqir edib və burada hər hansı söz, ifadə azadlığından danışmağın yeri yoxdur. Ona görə də ictimaiyyət bu qərəzkar adama öz layiq olduğu qiymətini verməkdədir. O da məlum olduğu kimi, Ə.Naibovun bu cızma-qarası ermənilər üçün göydəndüşmə oldu və hazırda ermənilər informasiya savaşında ölkəmizə qarşı var-gücləri ilə ondan yararlanmağa çalışırlar, əsəri ermənicəyə və digər xarici dillərə tərcümə edirlər, bu barədə xarici ölkələrdə tədbirlər düzənləyirlər və sair. Beləliklə, bu “əsər” ermənilərin artıq təşkil olunmuş bir şəkildə ölkəmizə qarşı qara piar kampaniyası aparmasına rəvac verib.


Burada onun dövlətə və ya iqtidara müxalifətdə olmasından yox, yalnız Azərbaycan xalqına müxalif olmasından söhbət gedə bilər. Bu baxımdan da Ə.Naibova qarşı olan hər hansı bir etiraz forması sırf xalqın istəyi və iradəsi ilə baş verir. Xalq belə bir adamın onun bütün dəyərlərini, milli qürurunu aşağıladığı ilə heç cür barışa bilmir



Bu məsələdə o da çox maraqlıdır ki, bəzi xarici təşkilatlar erməni lobbisinin təsiri ilə Azərbaycan əleyhinə təbliğat aparırlar. Onlar Ə.Naibovla bağlı məsələni belə qələmə verirlər ki, guya Azərbaycanda hansısa yazıçının hüquqları pozulur, ona qarşı təzyiqlər var. Amma məsələnin mahiyyəti nədir?
Birincisi, qeyd edək ki, Ə.Naibov hazırda Azərbaycanda tam sərbəst şəkildə yaşayır və onun hər bir baxımdan təhlükəsizliyi təmin olunub. O da başqa bir mövzudur ki, belə bir adam əgər Ermənistanda olsaydı və ermənilərin əleyhinə bu cür əsər yazsaydı, o, indi həyatda yox idi və didilib-parçalanmış, linçlənmişdi. Halbuki ölkədə Naibova qarşı bu baxımdan hər hansı təhlükədən söhbət gedə bilməz. Sadəcə olaraq, cəmiyyət sivil bir şəkildə, müxtəlif səviyyələrdə bu qərəzkar və nankor adama öz etirazını bildirir. Məsələnin mahiyyəti odur ki, Əkrəmin elədikləri Azərbaycan dövlətinin və xalqının günahı deyil, onun öz günahıdır. O, açıq-aşkar xalqını öz yazısında təhqir edib və xalqına qarşı ağır ittiham və iftiralarla çıxış edib, tarixi saxtalaşdırılmış bir şəkildə təqdim edib. Buna görə də məhz xalq Ə.Naibovun elədiklərinin qarşılığında onunla lazım olan bir şəkildə haqq-hesab çəkir. Çünki bu adam əvvəllər harda təmsil olunmasından, siyasi mövqeyindən asılı olmayaraq son nəticədə sırf Azərbaycan xalqına müxalif oldu. Burada onun dövlətə və ya iqtidara müxalifətdə olmasından yox, yalnız Azərbaycan xalqına müxalif olmasından söhbət gedə bilər. Bu baxımdan da Ə.Naibova qarşı olan hər hansı bir etiraz forması sırf xalqın istəyi və iradəsi ilə baş verir. Xalq belə bir adamın onun bütün dəyərlərini, milli qürurunu aşağıladığı ilə heç cür barışa bilmir və buna görə də etirazını davam etdirir. Burada isə hər hansı söz və ifadə azadlığına qarşı təzyiqdən söhbət belə, gedə bilməz. Əksinə, Ə.Naibovun özü tərəfindən bu sahədə olan qanun və davranış qaydaları, dəyərlər ayaqlar altına alınıb və bütöv bir millət açıq və kəskin bir şəkildə, həm də saxtakarlıqla təhqir olunub. Belə olduğu halda, bəzi beynəlxalq qurumlar məsələnin mahiyyətini təhrif etməyə çalışmamalı və burada hər hansı bəhanələrə yol verməməlidirlər. Əgər onların əsl məqsədi söz və ifadə azadlığı ilə bağlıdırsa, onda onlar eyni zamanda bütöv bir millətin açıq şəkildə təhqir olunması faktını görməlidirlər və bundan yayınmamalıdırlar. Yox əgər məqsəd bu məqamdan Azərbaycan əleyhinə, antiazərbaycan qüvvələri ilə bir mövqedən çıxış etməkdirsə, onda həmin qurumlar gec-tez özlərini ifşa edəcəklər...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info