“Cənub axını“ kəmərinin tikintisi bərpa oluna bilər
Tarix: 12.01.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


"Cənub axını" qaz kəmərinin tikintisi bərpa oluna bilər. Bu barədə "RİA Novosti" Bolqarıstanın "Standard" qəzetinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, Bolqarıstanın baş naziri Boyko Borisova belə "siqnal" Rusiyadan gəlib.
"Cənub axını" qaz kəmərinin tikintisi iki səbəbdən bərpa oluna bilər. Bunlar Rusiya və Türkiyə münasibətlərinin qəflətən pisləşməsi və Çin iqtisadiyyatındakı durğunluqdur. Sonuncu amil "Sibirin gücü" qaz kəmərinin tikintisinə mane olur. Cənub yolu ilə Avropaya təbii qazın çatdırılması ilə layihənin bərpa olunması Avropa İttifaqının tələblərinə cavab verəcək", - deyə nəşr yazır. Qəzet "Cənub axını" layihəsinin yanvarın sonunda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Rusiya-Bolqarıstan iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunacağını da yazıb. Qeyd edək ki, "Cənub axını" qaz kəmərinin tikintisi 2014-cü ilin dekabrında Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra dayandırılıb. Layihənin dəyəri 15,5 mlrd. avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 mlrd. kubmetr qaz göndərmək mümkün ola bilər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info