Eldar Namazov dönük damğasından qurtulmağa çalışır
Tarix: 19.02.2013 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Tarixən həmişə belə olub-bir siyasi qüvvə ilə birlikdə olub, sonradan şəxsi maraqlara görə düşərgəni tərk edib əks-tərəfə keçən və bu keçidə başqa don geyindirənlərə qarşı münasibət həmişə pis olub. Həmin şəxslər təşrif apardıqları düşərgələrdə belə, normal qarşılanmırlar.
Çünki düşərgədə yaxşı bilirlər ki, şəxsi maraqları üçün silahdaşlarını satan şəxs eyni addımı onlara qarşı da təkrarlaya bilər. Yəni xəyanətkar, dönük şəxs imicini, danışığını, siyasi statusunu dəyişsə belə, elə xəyanatkardır. Belə adamların xisləti heç vaxt dəyişmir. Xalqımız belə insanlara qarşı həmişə ikrah hissi ilə yanaşıb. Yoldaşlarını satan adamla heç yol çıxarlarmı? Belə insanlara etibar etmək olarmı? Amma neyləyək ki, radikal müxalifət düşərgəsi üçün bu məsələ o qədər də əhəmiyyət kəsb etmir. Kimliyindən asılı olmayaraq, əsas odur ki, iqtidarı tənqid etsin. Xəyanətkar, satqın, dönük olmanın heç bir önəmi yoxdur. Onları təhqir edən, aşağılayan şəxslərə belə, qucaq açırlar. Görəsən, bu, hansı siyasi-ideloji mübarizə qanunları ilə bir araya sığır? Vaxtilə hakimiyyətdə təmsil olunmuş insanları həvəslə öz sıralarına qatan müxalifət düşərgəsi, onların bu addımının cəmiyyət tərəfindən birmənalı qarşılanmadığının fərqinə varmaq istəmir. Həmin dönük şəxslərə qarşı cəmiyyətdə, ictmaiyyətin ayrı-ayrı nümayəndələri arasında, mətbuatda, sosial şəbəkələrdə demək olar ki eyni münasibət olur. Həmin şəxslərin cəmiyyət tərəfindən reneqat adlandırılması, bu adla damğalanması onlara cəmiyyətin münasibətinin göstəricisidir. Reneqat kəlməsinin boyuna biçildiyi Eldar Namazov özünü «siyasi lider», «strateq», «politoloq» kimi cəmiyyətə sıramağa çalışsa da, əslində insanlar onun nə malın yiyəsi olduğunu yaxşı bilir. Buna görə də müxalifət mətbuatının səhifələrində dolayı yolla olsa da reneqat olmadığını isbat etməyə, «özünü təmizə» çıxarmağa çalışması əbəsdir. Əslində, onun və «silahdaşlarının» bu cəhdləri göstərir ki, Eldar Namazov xalqın gözündə reneqat kimi qəbul edilməsinin fərqindədir. Özü haqqında «siyasətçi», «siyasi strateq» imici yaratmağı xoşlayan reneqat Eldar Namazov bu günə kimi nəyə görə hakimiyyətdən istefa verməsinin əsl səbəbini açıqlamayıb. Amma müxalifət mətbuatına inansaq, reneqat Namazov «Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsinə olan cəhdlərə» etiraz əlaməti olaraq istefa verib! Hələ bu harasıdır. Sən demə, bu reneqat Prezidentin köməkçisi kimi xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələlərini kurasiya edirmiş! Nonsens!
Əvvəla, dünyadakı bir çox güclər, erməni lobbi təşkilatları Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirməyə cəhdlər ediblər və indi də edirlər. Azərbaycan hakimiyyəti bu cəhdlərə qarşı həmişə əzmlə mübarizə aparır. Amma bu «politoloq»un hansı ağılla «erməni cəhdlərinə» etiraz əlaməti olaraq istefa verdiyini anlamaq olmur. Axı burada məntiq haradadır, ay «politoloq?». Eldar Namazovun kurasiyasında olan məsələlərə gəldikdə isə nə qədər gülünc görünsə də, belə çıxır ki, dövləti elə o idarə edib. Bu, hakimiyyəti hər şeyə görə tənqid edən müxalifətin Eldar Namazovu məhşər ayağına çəkib ittihamlarını ona yönəltməsi üçün göydəndüşmə şansdır. Məsələyə ciddi yanaşdıqda isə Heydər Əliyev kimi siyasət dahisinin Eldar Namazov kimi dayaz birisinə xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələlərini tapşırmasını iddia etmək, ən azı gülünc görünə bilər. Amma bəzi məlumatlı şəxslər deyirlər ki, E.Namazovun vəzifəsi Heydər Əliyevin qovluqlarını daşımaq olub. Görünür, hansısa sənədi qovluğa qoymaq, masanın üstündə səliqə ilə yerləşdirməyi reneqat Namazov xarici siyasət məsələlərinin ona həvalə edilməsi kimi başa düşürmüş. Elə bilirmiş ki, qoltuğunda gəzdirdiyi qovluqda hansı sahə ilə bağlı sənəd varsa, deməli həmin sahələrin kuratoru odur. Zavallı. Amma bu məsələdə o tək deyil. Onu qanadları altına alan müxalifət düşərgəsini də bu mənada zavallı hesab emək olar. Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə müxalifəti keçmişin qalığı, cəmiyyəti bir dəfə uçuruma yuvarlamış və yenidən hakimiyyətə qayıdışına xalqın razı olmayacağı qüvvə kimi qələmə verən birisinə «milli maraqlar naminə istefa vermiş şəxs» kimi qucaq açıblar.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info