“Türkiyəyə heç kim hücum etməyə hazırlaşmır”
Tarix: 12.01.2016 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin məlum "Su-24" hadisəsindən sonra Türkiyənin NATO-ya müraciət etməsinin bu ölkə üçün alçaldıcı olduğunu bildirib.
V. Putin bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib. “Türkiyə rəhbərliyi terrorçulara zərbə endirən təyyarəmizi vuraraq həyata keçirdikləri hərbi cinayət aktı barədə Rusiya ilə danışmaq əvəzinə, NATO baş qərargahına gedərək müdafiə üçün ora müraciət ediblər. Bu, olduqca qəribə görünür, hətta fikrimcə, Türkiyə üçün alçaldıcı vəziyyətdir”, - deyə V. Putin qeyd edib.
Rusiya prezidenti bildirib ki, Moskva və Ankara münasibətlərindəki problemlər Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı deyil. Lakin bununla yanaşı, o, NATO-nun bütün məsələlərə müdaxiləsinin də anlaşılan olmadığını diqqətə çatdırıb: “Türkiyəyə heç kim hücum etməyə hazırlaşmır. Lakin əgər Türkiyənin dünyanın hansısa nöqtəsində, qonşu dövlətlərdə marağı varsa, bu o deməkdir ki, NATO bu maraqları müdafiə etməlidir?”
V. Putin bu tip oxşar insidentlərin irimiqyaslı toqquşmalara gətirib çıxarmayacağına ümidvar olduğunu da söyləyib: “Rusiya təhlükəsizliyinə hər hansı təhdid yaranacağı təqdirdə, əlində olan bütün mümkün vasitələrlə özünü müdafiə etməyə hazır olacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Astaranın Ərçivan qəsəbəsindəki məscidin yaşı 500 ildən çoxdur
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info