“Azərbaycan Bolqarıstan üçün çox qiymətli və etibarlı tərəfdaşdır”
Tarix: 12.01.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan Bolqarıstan üçün çox qiymətli və etibarlı tərəfdaşdır”.
“Focus” xəbər agentliyinin verdiyi məlumata görə, bu sözləri Bolqarıstanın prezidenti Rosen Plevneliyev Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimovu birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif edərkən deyib. O, çıxışı zamanı iki ölkə arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladıb: “Bu saziş ikitərəfli əməkdaşlıq üçün yeni səhifə açıb. Ötən il ticarət dövriyyəmizdə də müsbət inkişaf müşahidə olunub. Biz Azərbaycanla qaz satışı ilə bağlı razılaşmanın tez bir zamanda həyata keçirilməsinə və müvafiq infrastrukturun tikilməsinə ümid edirik”.

Bolqarıstan prezidenti bildirib ki, Azərbaycan ölkəsi üçün enerjinin diversifikasiyası və enerji resursları üçün rəqabətli qiymət əldə etmək məqsədləri üçün də strateji tərəfdaşdır: “İldə 1 milyon kubmetr qazın tədarük edilməsi və danışıqlar yolu ilə bu miqdarın artırıla biləcəyi barədə 2013-cü ildə imzalanan müqavilə Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığı üçün baza rolunu oynayır. 2014-cü ildə Bolqarıstanın Cənubi Qaz Dəhlizinin təntənəli açılış mərasimində iştirakı bizim bu strateji layihəyə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bolqarıstan həmçinin ölkəmiz və ümumilikdə Avropa regionu üçün qaz tədarükündə diversifikasiyanı təmin edəcək TAP layihəsinin icrasının sürətləndirilməsini dəstəkləyir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info