Səfirimiz Bolqarıstanın “Stara Planina” ordeni ilə təltif edilib
Tarix: 12.01.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun Bolqarıstan Prezidenti Rosen Plevneliev tərəfindən Bolqarıstan Respublikasının Birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif edilməsi mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Bolqarıstan Respublikasının Prezidenti Azərbaycan və Bolqarıstan arasında olan münasibətlərin yüksək səviyyədə olmasından bəhs etmiş, Azərbaycana edilən səfərlərini xatırlamış və hər iki ölkə rəhbərləri arasında sıx əlaqələrin mövcud olduğunu bildirmişdir. Prezident Azərbaycanın Bolqarıstan üçün yalnız enerji təhlükəsizliyi sahəsində deyil, eləcə də digər sahələrdə çox vacib ölkə olmasını diqqətə çatdırmışdır. Bundan əlavə, R.Plevneliev Azərbaycanın son illər sürətli inkişafından, həmçinin ölkəmizin beynəlxalq səviyyədə keçirilən tədbirlərə ev sahibliyi etməsindən bəhs etmişdir. Ötən il mart ayında Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin Bolqarıstana səfərini xatırlayan R.Plevneliev səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə -strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını bildirmişdir.
Bundan əlavə, Bolqarıstan Respublikası Prezidenti Heydər Əliyev Fondu ilə Bolqarıstan Respublikası Mədəniyyət Nazirliyi arasında imzalanan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası və yenidən qurulması və texniki infrastrukturun bərpası və təmiri” haqqında Sazişin əhəmiyyətini bir daha vurğulamış və Saziş çərçivəsində qoruğun bərpası üçün Bolqarıstana ediləcək yardımı yüksək qiymətləndirdiyini bəyan etmişdir.
Prezident R.Plevneliev Səfir E.Kərimovun fəaliyyəti müddətində özünün ölkəmizə 3 səfərini, o cümlədən Baş Nazir və Parlament spikerinin Azərbaycana səfərlərini, eləcə də Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana səfərinin baş tutduğunu bildirmişdir. Bolqarıstan Respublikası Prezidenti Səfir E.Kərimovun fəaliyyətini yüksək qiymətləndirdiyini ifadə etmiş və iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərinə görə Səfiri təntənəli surətdə Bolqarıstan Respublikasının Birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif etmişdir.
Daha sonra səfir E.Kərimov belə bir ordenlə təltif olunmasından şəfər duyduğunu və bu ordeni öz adından deyil, dövlətimiz adından qəbul etdiyini bildirmişdir. E.Kərimov Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin Qafqaz regionunda lider dövlətə çevrildiyi, eləcə də ölkəmizin son dövrlər sürətlə inkişaf etdiyi barədə məlumat vermişdir. Səfir son 5 il ərzində ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etmiş və fəaliyyəti müddətində Bolqarıstan dövlət və xalqından məmnun qaldığını vurğulamışdır.
Mərasimin sonunda Səfir E.Kərimov ilə Bolqarıstan Respublikası Prezidenti arasında təkbətək vida görüşü keçirilmişdir. Görüşdə Bolqarıstan Respublikası Prezidenti R.Plevneliev Azərbaycan Respublikası Prezidentinə ən xoş arzularının və salamlarının çatdırılmasını xahiş etmişdir. Azərbaycanın Bolqarıstan üçün vacib ölkə olmasını bir daha vurğulamış və Azərbaycana yenidən səfər etmək arzusunu ifadə etmişdir. Öz tərəfindən Səfir E.Kərimov Prezidentə bir daha öz təşəkkürünü bildirmiş, ölkələrimiz arasında sıx əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini qeyd etmişdir.
Mərasimdə Bolqarıstan Respublikası Prezidenti Administrasiyası aparatının rəhbəri, Bolqarıstan Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri, Bolqarıstan Respublikasının Prezident Prokolunun rəisi, Xarici İşlər Nazirinin müavini və digər rəsmi şəxslər, həmçinin 12 ölkənin səfiri və ölkəmizin Bolqarıstandakı Səfirliyinin əməkdaşları iştirak etmişlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info