Zahid Oruc: “Əsas olmadan istənilən qiyməti diktə etmək soyğunçuluqdur”
Tarix: 12.01.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Heç bir əsas olmadan istənilən qiyməti diktə etmək, vətəndaşları fakt qarşısında qoymaq soyğunçuluğun bir növüdür”.
Bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini və bunun qarşısını almaq üçün verdiyi tapşırıqları şərh edərkən deyib.
Z.Oruc bildirib ki, hüquq-mühafizə orqanlarının bu məsələlərlə bağlı ciddi tədbirlər həyata keçirməsi istehlakçıların maraqlarını qorumaq üçün çox faydalıdır: “Bu, eyni zamanda, bazarın digər iştirakçılarına da bir siqnal verəcək ki, belə addımlar atmasınlar".
Z.Oruc bildirib ki, bazarda məhsulların qiyməti əsassız olaraq süni yolla artırılır: “Qiymət artımı nə ilə bağlı ola bilərdi? Hər bir məhsulun maya dəyərinə daxil olan dollar kütləsi ilə. Bu, 50-60 faiz çəkidədirmi ki, malların qiymətini devalvasiya faizi qədər qaldırırlar?"
Deputat əlavə edib ki, Azərbaycanda daxili bazarda elə böyük sayda məhsullar var ki, onların maya dəyərində əsas çəkini daxildəki xammal təşkil edir: “Belə olan tədqirdə bu məhsulların qiymətinin 60, 70, 80 faiz qaldırılması bazarda digər məhsulların rəqabət imkanını məhdudlaşdırmaq, süni qiymət artımı ilə əlavə pul qazanmaq və s ilə bağlıdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət göstərdi və çox mühüm tapşırıqlar verdi. Əminəm ki, bu məsələnin bir neçə istiqamətdə həlli baş verəcək".




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info